Komitə sədri: “Dövlət büdcəsində heç bir sosial layihə ixtisar olunmayıb”

Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. O, qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsində heç bir sosial layihə ixtisar olunmayıb. İnvestisiyalar üçün də kifayət qədər vəsait ayrılmalıdır. Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. İqtisadi fəallığın azaldılmasını nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir. Komitə sədri bildirib ki, ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib, son 2 ildəki vəziyyət isə narahatlıq doğurur. 700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir. O, qeyd edib ki, yaxın gələcəkdə metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Yüngül sənayenin xüsusu çəkisi hazırda cəmi 3%-dir. Bu müəssisələr sürətlə tikilməlidir ki, normal sənaye struktruruna malik olaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31