Azərbaycanda südə olan illik tələbat 3.45 mln tondur

Azərbaycanda südə olan illik tələbat 3.45 mln ton, istehsal isə 1.7 mln tondur. MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir, təxminən bir o qədər də məhsul ixrac edir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Tahir Mirkişili qeyd edib ki, adambaşına ildə 703 litr süd istehsal edən Belarus MDB ölkələri sırasında birinci yerdədir: “Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə gəlir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, qonşu Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycanda 193 litr, Ermənistanda 208 litrdir. Bizdə istehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53 faizini təmin edir”. Millət əkili hesab edir ki, Azərbaycanda müxtəlif iqlim qurşaqlarının olması, süni mayalanma yolu ilə yüksək süd məhsuladrlığına sahib inəklərin yetişdirilməsi bu sahədə inkişaf üçün böyük imkanların olmasından xəbər verir.

Azərbaycanda südə olan illik tələbat 3.45 mln ton, istehsal isə 1.7 mln tondur. MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir, təxminən bir o qədər də məhsul ixrac edir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Tahir Mirkişili qeyd edib ki, adambaşına ildə 703 litr süd istehsal edən Belarus MDB ölkələri sırasında birinci yerdədir: "Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə gəlir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, qonşu Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycanda 193 litr, Ermənistanda 208 litrdir. Bizdə istehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53 faizini təmin edir". Millət əkili hesab edir ki, Azərbaycanda müxtəlif iqlim qurşaqlarının olması, süni mayalanma yolu ilə yüksək süd məhsuladrlığına sahib inəklərin yetişdirilməsi bu sahədə inkişaf üçün böyük imkanların olmasından xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31