Gündəm

119 yaşlı qadının təqaüdü kəsildi - VİDEO

13 Dekabr 2016 16:32

İraq hökuməti 119 yaşı olan qadının təqaüdünün kəsilməsi barədə qərar verib. Süleymaniyyə vilayətində yaşayan qadınla bağlı verilən qərarın səbəbi Səlma Abdülkadirin "çox yaşlı" olmasıdır.

“Petkim”in dəstəyi ilə ibtidai məktəblərdə aksiya keçirilib

13 Dekabr 2016 16:31

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki ibtidai məktəblərdə “Yaxşılıq et” layihəsi həyata keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşüblər. Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak ediblər. Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə “Petkim”in dəstəyi ilə çatdırılıb.

Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri müzakirə edilib

13 Dekabr 2016 16:27

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Tərtər rayon “Cümə” məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, rayon gəncləri, icma üzvləri və dindarlar iştirak ediblər.

"Azəravtoyol" ASC-də səyyar xidmət təşkil edilib

13 Dekabr 2016 16:26

“Azəravtoyol” ASC-nin inzibati binasında Cəmiyyətin əməkdaşları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təşkil ediləcək səyyar xidmətlər vasitəsilə müddəti bitmiş ümumvətəndaş pasportlarının dəyişdirilməsi və yeni biometrik pasportlarının verilməsi həyata keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar xidmət zamanı yeni biometrik pasport əldə etmək istəyənlərin elə yerindəcə fotoları çəkilib, barmaq izləri və imzaları götürülüb. Ümumilikdə Cəmiyyətin 50-ə yaxın əməkdaşı təşkil olunmuş səyyar xidmətdən yararlanıb. Qeyd edək ki, dövlət rüsumu ödənilməklə 7 iş günü ərzində əməkdaşlara yeni biometrik pasportlar təqdim olunacaq.

Eksternat qaydasında imtahan keçiriləcək

13 Dekabr 2016 16:24

Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin ediləcək.

Gənclər Təşkilatları Milli Şurası hesabat verəcək

13 Dekabr 2016 16:23

Dekabarın 14-də Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri və üzvlərinin məclisi keçiriləcək.

Birgə müəssisə yaradılıb

13 Dekabr 2016 16:21

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu” birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, “Xəzər Dəniz Mühəndisliyi Bürosu”nun yaradılması haqqında sazişi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Odessa Dəniz Mühəndisliyi Bürosu”nun direktoru Gennadi Yeqorov imzalayıblar.

Partiya sədri: "Siyasi məhbus" oyununda məqsəd qrant almaqdır"

13 Dekabr 2016 16:19

“Dünənə qədər korrupsioner deyib, hər yerdə biyabır edənlər bu gün dövlət tərəfindən haqlı olaraq cəzalandırılan şəxsi müdafiə etməyə çalışırlar. Onların əsas məqsədi həmin şəxslərin vəziyyətlərindən istifadə edib qrant almaqdır”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatının (MDH) sədri, millət vəkili Fərəc Quliyev Cahangir Hacıyevin "siyasi məhbus" kimi “tanın”ması məsələsinə münasibət bildirərkən deyib.    

Evlərə girib vətəndaşları öldürürlər

13 Dekabr 2016 16:17

BMT-nin İnsan Haqları Bürosu Əsəd rejimi tərəfdarlarının evlərə girərək günahsız  vətəndaşları öldürdüklərinə dair məlumatlar aldıqlarını açıqlayıb. Məlumata görə dünən Suriyada Əsəd tərəfdarları evlərə basqın edərək 82 vətəndaşı qətl ediblər. Öldürülən arasında hələki 11  qadın və  13  uşaq olduğu bildirilir.

Nazirin sabiq müşavirinin 800 min manatını mənimsəyən şəxsin məhkəməsi qapalı olacaq

13 Dekabr 2016 16:15

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

İran-Rusiya birgə hökumətlərarası komissiyasının iclası keçirilib

13 Dekabr 2016 16:14

Tehranda İran və Rusiya arasında birgə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.  İclasa İran tərəfdən rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Rusiya tərəfdən isə bu ölkənin enerji naziri Aleksandr Novak sədrlik edib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 10 saziş imzalanıb. Onlar arasında neft-qaz, ticarət və iqtisadi sahələrdə əməkdaşlığa dair sənədlər var.

ABŞ-ın yeni dövlət katibinin adı açıqlanıb

13 Dekabr 2016 16:12

ABŞ-ın yeni dövlət katibi Reks Tillerson olacaq. ABŞ yeni seçilmiş prezidenti Donald Trampın müvafiq qərarı keçid heyət tərəfindən açıqlanıb.

İran prezidenti Rusiyaya səfər edəcək

13 Dekabr 2016 16:11

İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinin Moskvaya dəvətini qəbul edib.

Səfir: "Minsk qrupunun fəaliyyətində ciddi irəliləyiş hiss olunmur"

13 Dekabr 2016 16:09

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində ciddi irəliləyiş hiss olunmur. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib: "Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Bu problem 25 ildir davam edir". Səfir qeyd edib ki, bu məsələdə Türkiyə Azərbaycanın yanındadır.

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçir

13 Dekabr 2016 16:07

Erməni silahlı bölmələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti hərbi təlimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə adlı ərazisində keçirilir. Təlimlərdə ağır artilleriyadan da istifadə olunur.