“Petkim”in dəstəyi ilə ibtidai məktəblərdə aksiya keçirilib
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki ibtidai məktəblərdə “Yaxşılıq et” layihəsi həyata keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşüblər. Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak ediblər. Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə “Petkim”in dəstəyi ilə çatdırılıb.
13 Dekabr 2016 16:31 SosialTürkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki ibtidai məktəblərdə "Yaxşılıq et" layihəsi həyata keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşüblər. Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və "Petkim" neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak ediblər. Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə "Petkim"in dəstəyi ilə çatdırılıb.