Gündəm

İdmançılarımız İndoneziyadan medalla qayıdıb

13 Dekabr 2016 17:45

41 ölkədən 700 idmançının mübarizə apardığı mundialda Azərbaycan millisinin üzvü Elxan Cəfərov gümüş medal qazanıb. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yarışda 55-60 kiloqram çəki dərəcəsində mübarizə aparan döyüşçümüz finaladək inamla irəliləyib. Həlledici görüşdə yerli idmançıya məğlub olan E.Cəfərov dünya çempionatını ikinci pillədə başa vurub. Balidəki Lila Buana Arenada təşkil olunan yarışda idmançımız milli komandanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparıb.

Türkiyə səfiri Energetika Nazirliyində olub

13 Dekabr 2016 17:42

Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Energetika Nazirliyində olub. “OLAYLAR”-ın Nazirliyə istinadən verdiyi xəbərə görə,  nazir Natiq Əliyev İstanbulda çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnmiş terror aktına görə kədərləndiyini, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı dilədiyini və Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bildirib.

“Multikulturalizm” mövzusunda tədbir keçirilib

13 Dekabr 2016 17:41

Zaqatala rayon Əliabad qəsəbə mədəniyyət evinin, klublar və kitabxananın, həmçinin Mosul kənd mədəniyyət evinin birgə təşkil etdiyi növbəti və yaddaqalan tədbir “Multikulturalizm” mövzusuna həsr edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə bu müəssisənin müdiri Əhmədiyyə Musayev açaraq 22 millətin nümayəndəsinin əmin-amanlıq şəraitində yaşadığı və multikultural dəyərlərimizi həmişə layiqincə özündə əks etdirən bir bölgənin sakinləri olduğumuz üçün qürur duyduğunu vurğulayıb. Mosul kənd mədəniyyət evinin müdiri Şaiq Əlixanov və ondan sonra fikirlərini bildirən mədəniyyət işçiləri, yerli bələdiyyə nümayəndəsi və digər müəssisələrin rəhbərləri öz çıxışları zamanı mövzu barədə ətraflı və dolğun söhbət açıblar. Çıxışlarda 2016-ci ildə mədəniyyət və turizm sayəsində əldə edilən uğurlardan danışılaraq tədbir iştirakçılarına gələcək fəaliyyətlərində də uğurlar arzulanıb.

“Multikulturalizm ili”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

13 Dekabr 2016 17:40

Təhsil Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

“Azəravtoyol” gücləndirilmiş rejimdə işləyəcək

13 Dekabr 2016 17:38

Dekabrın 14 və 15-də gözlənilən hava şəraiti ilə əlaqədar olaraq "Azəravtoyol" ASC balansında olan avtomobil yollarında hərəkətin fasiləsiz təşkili üçün gücləndirilmiş iş rejimində çalışacaq.

Tanınmış şirkətin qadın əməkdaşları məhkəmə zalında həbs edildilər

13 Dekabr 2016 17:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qardaşlaşan məktəblər"

13 Dekabr 2016 17:20

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İl boyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir. Bu günə qədər 47 məktəbin qoşulduğu layihəyə daha 3 məktəb əlavə olunub.

Siqareti tərgizmək üçün çox sadə üsul!

13 Dekabr 2016 17:21

Hörmətli siqaret çəkənlər və bu zərərli vərdişi tərgitmək istəyənlər, biz sizin üçün burda ən populyar üsulları diqqətinizə çatdırırıq. Bu üsulların effektliliyi insanların xarakterindən asılıdır. Yəni hər bir üsul bir qrup insanlara kömək edir, digərinə yox. Ona görə bütün üsulları diqqətlə oxuyun,sonra hansı üsul sizdə daha çox inam yaratdısa, demək o üsul sizə mütləq kömək etməlidir. Məhz həmin üsulu da seçin!!! Təqdim etdiyimiz bu üsulla tez bir zamanda siqareti tərgidə biləcərsiniz.

Merkel: "Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır"

13 Dekabr 2016 17:18

"Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddəti uzadılmalıdır".

Asim Mollazadə: "İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir"

13 Dekabr 2016 17:15

Azərbaycanla İsrail çoxşaxəli əməkdaşlıq edir. Bizim ölkələrimiz dost ölkə olaraq təhlükəsizlik, iqtisadiyyat, enerji, mədəniyyət və humanitar sahələrdə çox ciddi və hərtərəfli əməkdalıq edir.

Ali məktəblərə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb

13 Dekabr 2016 17:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müəllimlər İnstitutunun müəllimi Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Daha dərin böhran: yeni Ermənistan hökumətinin çətinlikləri

13 Dekabr 2016 17:04

Erməni mətbuatı ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmaqda davam etdiyini yazır. Ekspertlər vurğulayırlar ki, hökumətin aparmaq istədiyi islahatlar faktiki olaraq iflasa uğrayır. Onun çoxlu səbəbləri var.

Bakıda Azərbaycan-İsrail sənədləri imzalanıb

13 Dekabr 2016 17:03

Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.

Baş direktorun müavini: "FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür"

13 Dekabr 2016 17:00

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür. Bunu "Azernews" qəzetinə müsahibəsində FAO-nun baş direktorunun müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanindeyib.