Tanınmış şirkətin qadın əməkdaşları məhkəmə zalında həbs edildilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunublar.

İttihama görə, "Questnet LTD" şirkətinin əməkdaşları olan X.Xalıqova və E.Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadınlar barəsində polisin nəzarəti altına vermə tədbiri seçilməyib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31