Merkel: "Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır"
"Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddəti uzadılmalıdır".
13 Dekabr 2016 17:18 Dünya"Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddəti uzadılmalıdır".
APA-nın "Reuters"-ə istinadən yaydığı məlumata görə, bu barədə Almaniyanın kansleri Angela Merkel Fransa prezidenti Fransua Ollandla keçirdiyi görüşdən əvvəl deyib.
Onun qənaətinə görə, Rusiyanın Ukraynanın şərqindəki münaqişədə atəşkəsi təmin edən Minsk razılaşmalarına dair üzərinə götürdüyü öhdəliklərdə heç bir irəliləyiş yoxdur.
"Yenidən Rusiyaya qarşı sanksiyların müddətini uzatmaq ehtiyacı yaranacaq. Halbuki Minsk prosesin həyata keçirilməsində daha hiss olunan tərəqqi görmək istərdik", - deyə A. Merkel bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31