İdmançılarımız İndoneziyadan medalla qayıdıb
41 ölkədən 700 idmançının mübarizə apardığı mundialda Azərbaycan millisinin üzvü Elxan Cəfərov gümüş medal qazanıb. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yarışda 55-60 kiloqram çəki dərəcəsində mübarizə aparan döyüşçümüz finaladək inamla irəliləyib. Həlledici görüşdə yerli idmançıya məğlub olan E.Cəfərov dünya çempionatını ikinci pillədə başa vurub. Balidəki Lila Buana Arenada təşkil olunan yarışda idmançımız milli komandanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparıb.
13 Dekabr 2016 17:45 Sosial41 ölkədən 700 idmançının mübarizə apardığı mundialda Azərbaycan millisinin üzvü Elxan Cəfərov gümüş medal qazanıb. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, yarışda 55-60 kiloqram çəki dərəcəsində mübarizə aparan döyüşçümüz finaladək inamla irəliləyib. Həlledici görüşdə yerli idmançıya məğlub olan E.Cəfərov dünya çempionatını ikinci pillədə başa vurub. Balidəki Lila Buana Arenada təşkil olunan yarışda idmançımız milli komandanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparıb.