“Multikulturalizm” mövzusunda tədbir keçirilib
Zaqatala rayon Əliabad qəsəbə mədəniyyət evinin, klublar və kitabxananın, həmçinin Mosul kənd mədəniyyət evinin birgə təşkil etdiyi növbəti və yaddaqalan tədbir “Multikulturalizm” mövzusuna həsr edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə bu müəssisənin müdiri Əhmədiyyə Musayev açaraq 22 millətin nümayəndəsinin əmin-amanlıq şəraitində yaşadığı və multikultural dəyərlərimizi həmişə layiqincə özündə əks etdirən bir bölgənin sakinləri olduğumuz üçün qürur duyduğunu vurğulayıb. Mosul kənd mədəniyyət evinin müdiri Şaiq Əlixanov və ondan sonra fikirlərini bildirən mədəniyyət işçiləri, yerli bələdiyyə nümayəndəsi və digər müəssisələrin rəhbərləri öz çıxışları zamanı mövzu barədə ətraflı və dolğun söhbət açıblar. Çıxışlarda 2016-ci ildə mədəniyyət və turizm sayəsində əldə edilən uğurlardan danışılaraq tədbir iştirakçılarına gələcək fəaliyyətlərində də uğurlar arzulanıb.
13 Dekabr 2016 17:41 MədəniyyətZaqatala rayon Əliabad qəsəbə mədəniyyət evinin, klublar və kitabxananın, həmçinin Mosul kənd mədəniyyət evinin birgə təşkil etdiyi növbəti və yaddaqalan tədbir "Multikulturalizm" mövzusuna həsr edilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə bu müəssisənin müdiri Əhmədiyyə Musayev açaraq 22 millətin nümayəndəsinin əmin-amanlıq şəraitində yaşadığı və multikultural dəyərlərimizi həmişə layiqincə özündə əks etdirən bir bölgənin sakinləri olduğumuz üçün qürur duyduğunu vurğulayıb. Mosul kənd mədəniyyət evinin müdiri Şaiq Əlixanov və ondan sonra fikirlərini bildirən mədəniyyət işçiləri, yerli bələdiyyə nümayəndəsi və digər müəssisələrin rəhbərləri öz çıxışları zamanı mövzu barədə ətraflı və dolğun söhbət açıblar. Çıxışlarda 2016-ci ildə mədəniyyət və turizm sayəsində əldə edilən uğurlardan danışılaraq tədbir iştirakçılarına gələcək fəaliyyətlərində də uğurlar arzulanıb.