Gündəm
Binəqədidə yanan binaya görə tutulan məmurun səhhəti pisləşdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov vəAkif Əlibəyovun cinayət işi üzrə keçirilməli olan məhkəmənin növbəti iclası təxirə salınıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb vəkillərdən birinin məhkəməyə gəlməməsi olub. İş üzrə təqsirləndirilən şəxs, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Q.Novruzovun səhhəti pisləşib və məhkəməyə təcili tibbi yardım çağırılıb.
ŞOK İDDİA - Məşhur müğənnin sevgilisi gecəni başqasıyla keçirdi
İddialara görə, Selena Qomez 2014-cü ildə, Castin Biberlə birlikdə olduğu dövrdə müğənni Zeyn Malik ilə bir gecəlik münasibətdə oldub.
Bu gecə son gecədir - Saat 1-ə qədər vaxtınız var
Bu gecə Ay hər zamankından 10% daha böyük görünəcək.
Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfəri davam edir
Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfəri davam edir. Dekabrın 13-də nümayəndə heyəti Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) olub. Qurumun rəhbəri Alev Kılıç görüş iştirakçılarına AVİM-in fəaliyyəti və icra etdiyi layihələr barədə məlumat verib. O, AVİM-in fəaliyyətində Qafqaza və xüsusi olaraq Azərbaycana ciddi önəm verildiyini bildirib: “Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Eyni zamanda, Azərbaycan Türkiyəni digər türk dövlətləri ilə əlaqələndirən strateji bir bağdır”.
Barmaqlarınızı 1 dəqiqə sıxıb saxlayın - Elə bir şey olacaq ki...
Başınız ağrayır? Əzələlərinizdə gərilmə var? Sinirləriniz pozulub? Həzm sisteminiz normal işləmir? Özüzü yorğun hiss edirsiniz?
Dişinizə qoyulan plomplar keyfiyyətlidir, yoxsa...? - Bu üsulla yoxlayın
Yediyimiz qidalar, eləcə də dişlərə vaxtı-vaxtında edilməyən qulluq zamanla onlarda müəyyən problemlərin yaranmasına səbəb olur. Vaxtında müdaxilə edildikdə isə onu kiçik plomplarla xilas etmək mümkün olur.
107 ildən sonra ilk dəfə
Braziliyanın "İnternacional" klubunun tarixində ilk yaşanıb. 107 yaşlı klub tarixində ilk dəfə aşağı liqaya yuvarlanıb. "İnternacional" A Seriyasının son turuna qədər liqada qalmaq şansını saxlayıb. Ancaq son turda "Fluminense"ni məğlub edə bilməyən komandanın aşağı liqaya yuvalanması rəsmiləşib.
Elman Nəsirov: "Azərbaycan-İsrail əlaqələrinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib"
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha da genişləndirəcək. Bunu açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Rusiyanın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib
Rusiyanın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib. Bunu baş konsulluğun mətbuat katibi Sergey Losev bildirib.
"Şərurlu İsfəndiyar" ona qarşı 3 milyon manatlıq dələduzluq edən şəxsi bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirvəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun nümayəndəsi vəkilBəhruz Bayramov bildirib ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur.
Deputat: "Azərbaycan-İsrail münasibətləri digər ölkəyə qarşı yönəlməyib"
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri həm iki ölkənin, həm də dünyanın maraqlarına xidmət edəcək.
Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.
İlham Əliyevin Benyamin Netanyahu ilə birgə işçi naharı olub
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziriBenyamin Netanyahu ilə birgə işçi naharı olub.
Nazarbayev 28 min məhbusu buraxdırdı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə müstəqilliyinin 25-ci ildönümü ilə bağlı amnistiya haqqında qanunu imzalayıb.
Dini radikalizm və onun fəsadlarından danışlıb
Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən dekabrın 13-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak ediblər.














