Dişinizə qoyulan plomplar keyfiyyətlidir, yoxsa...? - Bu üsulla yoxlayın

Yediyimiz qidalar, eləcə də dişlərə vaxtı-vaxtında edilməyən qulluq zamanla onlarda müəyyən problemlərin yaranmasına səbəb olur. Vaxtında müdaxilə edildikdə isə onu kiçik plomplarla xilas etmək mümkün olur.

Yediyimiz qidalar, eləcə də dişlərə vaxtı-vaxtında edilməyən qulluq zamanla onlarda müəyyən problemlərin yaranmasına səbəb olur. Vaxtında müdaxilə edildikdə isə onu kiçik plomplarla xilas etmək mümkün olur.

Bu yazımızda qiymət və keyfiyyət baxımdan plompların növlərindən danışacağıq.

Mövzu ilə bağlı ATV.az-a açıqlama verən stomatoloq Rəna Məmmədova bildirdi ki, plomplar iki cür olur - kimyəvi tərkib və işıq vasitəsilə bərkiyən plomplar:

"İşıq vasitəsilə bərkiyən plomlplara xalq arasında lazer plomplar deyilir. Amma plompu bərkitmək üçün istifadə olunan işıq əslində lazer deyil. Həmin işıq ultrabənövşəyi şüaların birləməşməsidir. Plomp məhz onun vasitəsilə bərkiyir.

Kimyəvi plomplar iki tərkib hissədən ibarətdir - baza və katalizator hissə. Onları qarışdırıb dişin boşluq hissəsinə yerləşdirən zaman, o bərkiyir.

Bunların hər ikisi arasındakı fərqlər çoxdur. Həm estetik, həm də keyfiyyət baxımdan. Kimyəvi plompların tez dağılma şansları daha çoxdur. Onların rəngi daha tez saralır, ərp yığır, eyni zamanda soyuğa davamlı olmur. Estetik baxımdan həmin plomplar məsləhət deyil. Ön dişlərin plomplanmasında heç vaxt kimyəvi plomplardan istifadə edilmir. Plompa qaranti vermək mümkün deyil. Ən azından bir il ərzində həkim plompa cavabdeh olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31