Gündəm
Yeni dron aqressiv manevrlər edir
Almaniya alimləri giroskop, kamera və akselerometr göstəricilərinə əsasən aqressiv manevrlər yerinə yetirən pilotsuz uçan aparat yaradıblar.
“HTML5” standartına keçidin vaxtı bəlli olub
Ötən həftə "Google" şirkəti "Chrome" brauzerini 55-ci versiyayadək yeniləyib və başlıca dəyişiklik kimi "Flash" pleyerinin avtomatik söndürülməsini edib. Bununla şirkət "HTML5" kimi daha müasir, enerjiyə qənaətcil və təhlükəsiz həldən istifadəyə tam keçib. Bu yaxınlarda "Google" bloqunda "Chrome" brauzerində "Flash" peleyerindən istifadədən imtina prosesi və buna sərf ediləcək vaxtla bağlı ətraflı məlumat verib. "Google" brauzerində artıq "Flash"dən avtomatik istifadə olunmasa da, saytlarda belə kontent olan zaman istifadəçi pleyerin işə salınması üçün sorğunu görə bilir.
Çin istehsalçısı köhnə qurğuların dəstəklənməsini dayandırmayacaq
Çinin “Huawei” şirkəti hazırda dünyada böyüklüyünə görə üçüncü smartfon istehsalçısıdır. Bu yaxınlarda şirkət rəhbəri Riçard Yu iki ilə “Apple” şirkətini ötərək smartfonlar bazarında ikinci yeri tutmaq, 2021-ci ilədək isə “Samsung” şirkətini geridə qoymaq niyyətində olmasını bəyan edib. Məhz bu səbəbdən “Huawei” başqa şirkətdən asılılığını azaltmaq üçün əlindən gələni edərək öz istehsalı olan prosessorlardan istifadəyə keçib və “Android” əsasında “EMUI” istifadəçi interfeysini aktiv inkişaf etdirir. Bu dəfə isə şirkət “EMUI” interfeysinin yaxşılaşdırılması ilə bağlı planlarını açıqlayıb.
“Skype” proqramının sinxron tərcüməçisi adi telefonlar üçün əlçatan olub
"Skype Translator" danışığın sinxron tərcümə funksiyası mobil və stasionar telefon nömrələrinə zəngləri dəstəkləməyə başlayıb.
Bu robot evinizə 24 saat nəzarət edəcək
“Qihan” şirkəti çoxillik tədqiqat və işləmələrdən sonra “bulud” texnologiyaları, kompüter təlimi, sifətin tanınması, ətraf mühitin skan edilməsi və süni intellektdən istifadəyə əsaslanan “Sanbot” adlı intellektual insanaoxşar robotunu təqdim edib. Bu robot istehlakçılara xidmət göstərilməsi lazım olan pərakəndə ticarət müəssisələri, mehmanxanalar, məktəblər, qocalar evləri və operatorlar üçün hazırlanıb. Bundan başqa, “Sanbot” evdə də istifadə edilə bilər: doğmalarla əlaqə saxlamaq və ev sahibi evdə olmadıqda müdafiə üçün müxtəlif imkanlar təklif edir. Robot smartfon və ya planşet üzərindən mobil proqram vasitəsilə idarə edilir.
Kıvanç gənc aktyora "daydaylıq" edəcək
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ "varis"ini təyin edib. Milli.Az "Uçankuş"a istinadla bildirir ki, o, qardaşına təlimat verib ki, "Bodrum masalı" serialına çəkilən Alperen Duymaza menecerlik etsin.
Ekspert: "Netanyahunun Azərbaycana səfəri çox vacib əhəmiyyət daşıyır"
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri çox vacib əhəmiyyət daşıyır. Bunu İsrailin daxili təhlükəsizlik nazirinin keçmiş müşaviri Aleks Veksler deyib. Ekspertin sözlərinə görə, bu səfər ölkələr arasında ikitərəfli əlaqələrin gələcək inkişafına müsbət təsir edəcək.
Prezident İlham Əliyev fəxri adlar verdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sibel Candan oğluna 1.5 milyon dollarlıq hədiyyə
Türkiyənin məşhur müğənnisi Sibel Can oğluna 1 milyon yarım dollarlıq hədiyyə alıb. Milli.Az "gazetevatan"a istinadla bildirir ki, bir neçə gün əvvəl oğluna bahalı saat alması ilə gündəmə gələn müğənni bu dəfə də oğluna bahalı ev alıb.
Əsmərsoy 25 minlik evlilik təklifini rədd etdi
Türkiyənin məşhur aparıcısı Burcu Əsmərsoy bir neçə gün əvvəl Tuna Aksudan romantik evlənmə təklifi alıb.
Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”
“İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”. Məlumata görə, bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Millət vəkili: “Ölkəmiz Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma kimi baxır ”
“Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil”. Bunu açıqlamasında İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Bəxtiyar Əliyev deyib.
Təhsil Nazirliyi: Təmayül siniflərdə şagirdlər marağı olmayan fənlərdən azad ediləcək
“2011-ci ildən Təhsil Nazirliyi pilot qaydada tam orta təhsil səviyyəsinin təmayüllər üzrə təşkil olunmasına dair layihənin icrasına başlayıb. Növbəti ildən layihənin respublika üzrə tətbiqi nəzərdə tutulub”.
İsmayıllı sakininə qarşı 50 min manatlıq dələduzluq edilib
İsmayıllı rayon sakininə qarşı 50 000 manatlıq dələduzluq edilib. Hadisə Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.
Müdafiə Nazirliyi: "Erməni tərəfi real faktı növbəti dəfə inkar etməyə çalışır"
Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində 2 ədəd pilotsuz uçuş aparatını (PUA) itirən erməni tərəfi hər zaman olduğu kimi absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır.














