Binəqədidə yanan binaya görə tutulan məmurun səhhəti pisləşdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov vəAkif Əlibəyovun cinayət işi üzrə keçirilməli olan məhkəmənin növbəti iclası təxirə salınıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb vəkillərdən birinin məhkəməyə gəlməməsi olub. İş üzrə təqsirləndirilən şəxs, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Q.Novruzovun səhhəti pisləşib və məhkəməyə təcili tibbi yardım çağırılıb.
13 Dekabr 2016 18:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov vəAkif Əlibəyovun cinayət işi üzrə keçirilməli olan məhkəmənin növbəti iclası təxirə salınıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb vəkillərdən birinin məhkəməyə gəlməməsi olub. İş üzrə təqsirləndirilən şəxs, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Q.Novruzovun səhhəti pisləşib və məhkəməyə təcili tibbi yardım çağırılıb.
Məhkəmə iclasının dekabrın 14-dək təxirə salındığı elan olunub.