Dini radikalizm və onun fəsadlarından danışlıb

Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən dekabrın 13-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak  ediblər.

Bərdə şəhər "İmamzadə" məscidi dini icması tərəfindən dekabrın 13-də "Tolerantlıq ənənələrinin qorunub saxlanılması" layihəsi çərçivəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Anar Şahbazov, Bərdə şəhər "İmamzadə" məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak  ediblər.

Konfransda  çıxış edən Komitənin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib. O, eləcə də, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi barədə iştirakçılara ətraflı məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31