"Azəravtoyol" ASC-də səyyar xidmət təşkil edilib
“Azəravtoyol” ASC-nin inzibati binasında Cəmiyyətin əməkdaşları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təşkil ediləcək səyyar xidmətlər vasitəsilə müddəti bitmiş ümumvətəndaş pasportlarının dəyişdirilməsi və yeni biometrik pasportlarının verilməsi həyata keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar xidmət zamanı yeni biometrik pasport əldə etmək istəyənlərin elə yerindəcə fotoları çəkilib, barmaq izləri və imzaları götürülüb. Ümumilikdə Cəmiyyətin 50-ə yaxın əməkdaşı təşkil olunmuş səyyar xidmətdən yararlanıb. Qeyd edək ki, dövlət rüsumu ödənilməklə 7 iş günü ərzində əməkdaşlara yeni biometrik pasportlar təqdim olunacaq.
13 Dekabr 2016 16:26 Sosial"Azəravtoyol" ASC-nin inzibati binasında Cəmiyyətin əməkdaşları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təşkil ediləcək səyyar xidmətlər vasitəsilə müddəti bitmiş ümumvətəndaş pasportlarının dəyişdirilməsi və yeni biometrik pasportlarının verilməsi həyata keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səyyar xidmət zamanı yeni biometrik pasport əldə etmək istəyənlərin elə yerindəcə fotoları çəkilib, barmaq izləri və imzaları götürülüb. Ümumilikdə Cəmiyyətin 50-ə yaxın əməkdaşı təşkil olunmuş səyyar xidmətdən yararlanıb.
Qeyd edək ki, dövlət rüsumu ödənilməklə 7 iş günü ərzində əməkdaşlara yeni biometrik pasportlar təqdim olunacaq.