Gündəm

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

13 Dekabr 2016 16:06

Prezident İlham Əliyev Y.Q.Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Türkiyədə devalvasiya dalğaları və "qara bazar" təcrübəsi

13 Dekabr 2016 16:04

Özalın məzənnə qayçısını işlədərək kiçik devalvasiyalarla həm ölkəyə əcnəbi sərmayə  çəkməsi həm də infrastruktura investisiyalarını uğurla davam etdirməsi Dəmirəlin 1991-in noyabrında “6 dəfə gedib 7-ci dəfə gəlməsiylə” səktəyə məruz qaldı: Mərkəzi Bankı Özaldan daha “şiddətli” şəkildə nəzarəti altına alan Dəmirəlin “qarşılıqsız pul kəsmə” siyasəti, nəzəriyyəyə də uyğun olaraq, bir tərəfdən, bazarda “likiditə” yaradarkən (iqtisadiyyata cavabdeh dövlət naziri Tansu Çillərin “ev və maşın açarı verəcəyik”- populizmi sadəcə bu cür dəstəklənə bilərdi), digər tərəfdən, inflyasiyanın yüksəlişini qabağı alınmaz vəziyyətə gətirdi.

İlham Əliyev: “Yəhudi icması Azərbaycanın inkişafına böyük töhfə verir”

13 Dekabr 2016 16:03

"Yəhudi icması Azərbaycan cəmiyyətinin çox fəal bir hissəsidir və ölkənin inkişafına böyük töhfə verir”.

Putinin mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib

13 Dekabr 2016 16:01

Rusiya prezidenti Vladimir Putinin dekabrın 22-nə planlaşdırılan böyük mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib.

Teatrda ustad dərsləri

13 Dekabr 2016 15:59

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında  ustad dərslərinə start verilib. Dərsləri studiyanın pedaqoqları ilə yanaşı peşəkar rejissor, xoreoqraf, vokalçı, aktyor və səhnə ustaları aparır. Burada əsas etibarilə müsabiqə yolu ilə studiyanın sıralarına qoşulan həvəskarlara ilkin səhnə vərdişləri aşılanır.

Musiqili Teatrın əməkdaşı mükafatlandırılıb

13 Dekabr 2016 15:56

Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri Nərminə Əbdürəhmanovanın bu günlərdə 60 yaşı tamam olur. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlunun “Olaylar” – a verdiyi məlumatda bildirir ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Nərminə Əbdürəhmanovanı təbrik edib, milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış pianoçunu mükafatlandırıb.

Mübariz Əhmədoğlu: “İsrail Azərbaycana kömək etmiş bir dövlətir”

13 Dekabr 2016 15:45

“Ümumiyyətlə İsrailin baş naziri Benjamin Netanyahonun Bakıya səfərində heç bir qaranlıq məsələ yoxdur. İsrail parlamentli respublikadır. Ona görə də orada baş nazirin səlahiyyətləri daha böyükdür”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Sarkisyan ictimaiyyətin fikrini problemlərdən yayındırmağa çalışır

13 Dekabr 2016 15:44

“Ermənistanın danışıqlardan uzaqlaşması və müharibə ritorikasına keçməsi Rusiyanın təsiri ilə bağlıdır. Rusiya ilə birgə qoşun qüvvələrinin yaradılması və bu ölkədən silah almalarından sonra guya özlərini güclənmiş sayır və təhdidlər yağdırırlar. Serj Sarkisyanın mövqeyi gülməli, dedikləri cəfəngiyyatdır. Görünür ki, Ermənistan Rusiyadan qulaqburması almayınca ritorikadan əl çəkməyəcək”. Bunu politoloq Qabil Hüseynli deyib.

Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir

13 Dekabr 2016 15:40

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.

Bakı-Təl-Əviv münasibətləri yeni mərhələdə

13 Dekabr 2016 15:35

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. İsrail baş nazirinin səfəri təkcə Bakı və Təl Əvivdə deyil, eləcə də region ölkələrində ciddi şəkildə şərh edilir, bu səfərin nəticələrinin tərəflər üçün verə biləcəyi faydalar təhlil edilir. Birmənalı olaraq söyləmək mümkündür ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri ölkəmiz üçün yalnız divident gətirəcək və bu səfərin Azərbaycana kifayət qədər faydaları olacaq. Elə əksər ekspertlər bu qənaətdədirlər.

"Pullar tələbələrin təhsil haqqı olmayıb" - 430 min manatı oğurlanmış prorektor

13 Dekabr 2016 15:33

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bəzi regional idarələr yerli hakimiyyət orqanlarını eşitmirlər

13 Dekabr 2016 15:28

Bir neçə gündən sonra gələn ilin dövlət büdcəsi layihəsinə millət vəkilləri tərəfindən edilən təkliflər təhlil edilərək yenidən parlamentin müzakirəsinə çıxarılacaq. Məlumat üçün qeyd edək ki, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb. Lakin, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi nəticəsində xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunu böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalması büdcə gəlirlərinin azalmasına səbəb olub. Daha dəqiq, 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib. Maraqlıdır, sənəddə büdcə gəlirlərinin artırmaq yolları tamamilə nəzərə alınıbmı? 

Prezident İlham Əliyevin Benyamin Netanyahu ilə təkbətək görüşü olub - YENİLƏNİB 

13 Dekabr 2016 15:27

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib

13 Dekabr 2016 15:26

İsmayıllı rayonunda qeydə alınan ardıcıl zəlzələlər Lahıc, Basqal, Təzəkənd, Namazgah, Əhən, Diyallı, Tircan, eləcə də İsmayıllının şimal-şərqindəki dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində daha çox hiss edilib.

İntihar edən azərbaycanlı MƏŞHURLAR - müəmmalı məqamlar

13 Dekabr 2016 15:23

Heç bir ölümün arxasında intiharda olduğu qədər sirr, müəmma yoxdur. Dünya elmi və mədəniyyəti tarixində saysız-hesabsız intihar edən şəxsiyyətlər tanıyırıq. Bunlardan Sokrat, Edqar Allan Po, Ernest Heminquey, Stefan Sveyq, Henrix von Kleist, Cek London, Valter Benjamin, Virciniya Vulf, Vladimir Mayakovski, Silviya Plat, Sergey Yesenin, Van Qoq, Merilin Monro, Dalida, Lüdviq Bolsman, Alan Türniq və başqalarını misal göstərmək olar.