Gündəm
2500 il əvvəl itmiş şəhər tapıldı
Arxeoloqlar 2500 ilə əvvəl Yunanıstanda itmiş şəhəri aşkar ediblər. Geteborq və Bornmut universitetinin alimləri Afinadan 5 saatlıq məsafədə yerləşən ərazidə araşdırmalar aparıblar. Onlar təpənin ətəklərində şəhər darvazasının, divarların və bürclərin qalıqlarını aşkar ediblər.
Həmkəndlisini qətlə yetirən keçmiş məhkum saxlanıb
Dekabrın 12-də Tovuz rayonunun Yanıqlı kəndi ərazisində kənd sakini Rüfət Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.DİN-dən verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramiz Nəcəfov tutulub. Araşdırma aparılır.
Atasını qətlə yetirənin yeni cinayətləri üzə çıxıb
Atası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, meyitin basdırıldığı yerə baxış keçirilmiş və qalıqları aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulmuşdur.
Avtomobil qaçıranlar ələ keçib
Dekabrın 12-də Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vaqif Fətullayev RPŞ-yə müraciət edərək bildirmişdir ki, iyun ayında "Mercedes" markalı avtomobilini təmir üçün Sadiq adlı ustaya vermiş, dekabrın 11-də təmir sexinə gəldikdə avtomobilin usta tərəfindən qaçırılmasını müəyyən etmişdir. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Sadiq Qələndərov və Seymur Məmmədov tutulmuşlar.S.Qələndərovdan 9,28 qram, S.Məmmədovdan isə 9,18 qram marixuana götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 10-dan 12-dək olan müddətdə Bərdə şəhəri ərazisində 3 avtomobildən akkumlyator oğurlamaları da müəyyən edilmişdir.
Qadını hədələyərək qızıl tələb edənlərin qolları qandallanıb
Dekabrın 12-də Şəmkir rayonunun Qaracəmirli kəndində yaşayan Günel Yusifovanın evinə qapının qıfılını sındırmaq yolu ilə girmiş 2 naməlum şəxs onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb edib. DİN-dən verilən məlumata görə, naməlum şəxslər səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk etmişlər. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Xəyal Həsənov və Rəşad Quliyev tutulublar. Araşdırma aparılır.
Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadadan 5 medalla qayıdıblar
İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm olimpiadası (İJSO) keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 6 şagird qatılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar.
Binəqədi rayonunda yeni bir layihə icra olunur
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin açılış mərasimi keçirilib.
Ölkədə sosial sahələrin inkişafına diqqət yetirilir
“2017-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Bu fakt Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha təsdiqləyir”.
Yenilik - Orta məktəbi bitirməyənlər üçün imtahan keçiriləcək
Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.
Əli Əmirlinin əsəri Kalmık teatrında
Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşanın premyerası olacaq. Dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında qələmə alıb.
Müəllim azyaşlı şagirdlərinə edam ipi payladı
Toki Osmangazi İbtidai Məktəbində bir qalmaqal yaşanıb. Müəllim azyaşlı şagirdlərinin əlinə "edam epi" verərək sinifdəki "Şəhidlər Lövhəsi" qarşısında şəkillər çəkdirib.
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 33 733 nəfərə çatıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində cari ilin noyabr ayı ərzində 378 nəfər əcnəbi şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 54,3 faiz çoxdur. Ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 5 871 nəfər əcnəbiyə fərdi hesab açılmaqla, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 733 nəfərə çatıb.
Kombi oğrusu yaxalanıb
Yanvarın 26-da Bakı şəhər sakini Sabir Fərəcovun evinin zirzəmisindən 8 ədəd kombi aparatı oğurlanıb. DİN-dən “Olaylar” verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kombiləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar İsmayılov tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.
Pambıq tədarükü 2,4 dəfə artıb
Dekabrın 12-dək ölkə üzrə pambıq tədarükü 84 min 494,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 14-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (35 min 192 ton). Dövlət Statistika Komitəsinin məlumatına görə pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11472,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10865,8 ton, İmişlidə 9677,9 ton, Ağcabədidə 8540,9 ton, Beyləqanda 7607 ton pambıq tədarük olunub. Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.
26 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi 13 dekabr tarixində dövlət mülkiyyətində olan əmlakların özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.














