Binəqədi rayonunda yeni bir layihə icra olunur

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin açılış mərasimi keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul və Muzeyinin elmi işçisi Təranə Məlikova, Bakı Humanitar Kollecin tələbələri, ASAN könüllüləri iştirak ediblər. Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova bildirib ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı bildirib ki, hər bir xalqın tarixində onun mənəvi dünyasını, intellektini, estetik dünyagörüşünü, həyat tərzini ifadə edən mədəniyyət və incəsənət növləri mövcuddur. Mədəniyyət tutarı coğrafi tutarından qat-qat böyük olan Azərbaycan xalqının belə mədəni dəyərlərindən biri toxuculuq və xalça sənətidir. Natiq vurğulayıb ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Çıxışlardan sonra Azərbaycan xalça sənətindən bəhs edən video çarx nümayiş etdirilib. Həmçinin Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova mədəni irsimiz olan "Xalçaçılıq sənətinin yaranma tarixi və inanclar" mövzusunda gənclərə ətraflı məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31