Atasını qətlə yetirənin yeni cinayətləri üzə çıxıb
Atası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, meyitin basdırıldığı yerə baxış keçirilmiş və qalıqları aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulmuşdur.
13 Dekabr 2016 15:15 KriminalAtası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, meyitin basdırıldığı yerə baxış keçirilmiş və qalıqları aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulmuşdur.