Gündəm
Latviyanın sabiq prezidentinə Aqrar Universitetinin “Fəxri Doktoru” adı verilib
Latviya Respublikasının sabiq xanım Vayra Vike Freyberqaya Azərbaycanda fəxri ada layiq görülüb. Kənd Təsərrüfatı Nazirlıiyindən “Olaylar”a verilən məlumata görə, Prezidenti Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın yekununda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin “Fəxri Doktoru “adının verilməsi ilə əlaqədar universitet Elmi Şurasının qərarını oxuyub. Keçmiş prezidentə bu münasibətlə diplom və mantiya təqdim edib.
Nazirlik investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində işgüzar forum keçirmişdir. Bu barədə nazirlikdən verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
Deputatımız AŞ PA-nın komitə iclasına sədrlik edəcək
Deputat Sahibə Qafarova AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri kimi bu qurumun dekabrın 16-da Parisdə keçiriləcək Büro iclasında da iştirak edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, iclasda Büronun illik fəaliyyəti ilə bağlı çıxışlar olacaq, Makedoniyada keçirilmiş parlament seçkilərinin nəticələri, AŞPA-nın seçki-müşahidə missiyasının fəaliyyəti, 2017-ci ildə parlament əməkdaşlığı və görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.
Daha iki bank valyuta alışını dayandırdı
Azərbaycanda fəaliyyət göstərən banklardan daha ikisi xarici valyutanı almağı dayandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün “AFB bank” və "Atabank" dollar almaqdan imtina edib. Banklardan verilən məlumata əsasən, valyuta mübadiləsi əməliyyatları dayandırılıb.
İşıq pulu artıq hesablanır?
Elektrik enerjisinin yeni tariflərə keçməsindən sonra narazılıqlar artıb, bəzi abonentlər artıq pul hesablanmasından şikayətçidir. İddialara görə, dekabrın ilk ongünlüyündən iri hesablar gəlməyə başlayıb.
Dollar alverçilərini nə qədər həbs gözləyir?
Dünya bazarında neftin qiyməti enməsi nəticəsində Azərbaycanda ard-arda baş verən devalvasiyalardan sonra valyuta dəyişmə məntəqələri ləğv olundu və "qara bazar" formalaşdı. Bunun ardınca da hüquq-mühafizə orqanları əməliyyatlara başladılar və bu bazarın alverçiləri mütəmadi olaraq saxlanıldılar.
Ali Məhkəmə keçmiş MTN-çilər tərəfindən tutulan şəxslə bağlı protesti təmin etməyib
Ali Məhkəmədə narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Fuad Nəcəfov barəsində hökmdən prokurorun verdiyi protest əsasında məhkəmə prosesi başa çatıb.
Aleksey Navalnıy Rusiya prezidentliyinə namizədliyini açıqlayıb
Sabiq iş adamı, müxalif siyasətçiAleksey Navalnıy Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Rusiyada doğum evində ölən azərbaycanlı xanımın ailəsi həkimlərin mühakiməsini tələb edir
Rusiyanın Blaqoveşşensk şəhərində yerləşən doğum evində ölən hamilə qadının, azərbaycanlı Şuaynat Məmmədovanın doğmaları həkimlərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışırlar. Bu barədə report Rusiya KİV-inə istinadən xəbər verir. Dünyasını dəyişən qadının qohumları hamilə qadının ölüm səbəbləri barədə rəsmi bildiriş alıblar. Patoloqanatomun rəyinə əsasən, qadının ölüm səbəbləri HELLP-şok sindromu, qan laxtalanmasının pozulması göstərilib.
Erməni KİV-i: “Rusiya Ermənistanı NATO ilə qaşrı-qarşıya qoyub”- İDDİA
Orta məktəbdə inşa yazmaq məcburi olacaq - KİMLƏRƏ?
Azərbaycanda ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburi olacaq.
Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü
2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.
“Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub
Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir. Layihə üzrə Yusuf Vezir Çemenzeminli “Kan içinde. İki ateş arasında” romanının ardınca Celil Memmedguluzadenin “Danabaş köyünün hikayeleri” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Kitablar qardaş xalqın rəğbəti ilə qarşılanıb. Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.
Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
Dekabrın 15-16-sı tarixlərində tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Masallı Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
"Azərbaycan Tələbə Kartı" təqdim ediləcək
Təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədi ilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd "Azərbaycan Tələbə Kartı" hazırlanaraq pulsuz paylanıb. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır. Dekabrın 14-də "Azərbaycan Tələbə Kartı"nın yeni variantı və yeni tərəfdaş şirkətləri təqdim ediləcək.














