Gündəm

Netanyahu: “Azərbaycan müsəlman dünyasının vacib ölkəsidir”

13 Dekabr 2016 14:09

“Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”. Məlumata görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. 

Tam üzən məzənnəyə keçid mümkündürmü?

13 Dekabr 2016 14:02

Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək. Bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir. Bu addım yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi tədbirləri çərçivəsində atılacaq. Yeni məzənnə rejiminə keçidi Azərbaycan Mərkəzi Bankı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə təmin edəcək.

Minsk Qrupunun ədalətli vasitəçiliyinə olan inam heçə enir

13 Dekabr 2016 14:01

Son vaxtlar işğalçı Ermənistan rəhbərliyi tərəfindən ortaya qoyulan aqressiya, danışıqlar prosesindən yayınma cəhdləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini sual altına alır. Belə bir vəziyyət isə regionda müharibə riskini daha da artırır. Mövcud situasiyadan çıxış yolu ilə bağlı münaqişənin həlli missiyasını öz üzərilərinə götürən vasitəçilər hələlik heç bir ciddi addım atmaq istəmirlər.

Sahibə Qafarova sessiya moderatoru təyin olunub

13 Dekabr 2016 13:59

Monteneqronun Budva şəhərində “Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans işə başlayıb. MM-dən verilən məlumata görə, konfransda Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, bu qurumun “Zorakılıqdan azad qadınlar” şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova iştirak edir. Milli Məclisin deputatı tədbirdə AŞPA-nı təmsil etməklə yanaşı, həm də sessiya moderatoru təyin olunmuşdur. AŞPA və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən konfrans Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi üzrə regional platformanın yaradılması məqsədi daşıyır.

Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar

13 Dekabr 2016 13:58

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər. Bu barədə MM-dən verilən məlumata görə, qurumun Siyasi işlər və demokratiya komitəsində Avropada təhlükəsizliyin təmin edilməsi və regionda stabillik üçün risklər, hökumət dairələrində korrupsiya ilə mübarizə, Livanda vəziyyət, Misirdə siyasi durum, yeni məruzəçilərin təyin edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi keçiriləcək. 

Ziddiyyətli xarici siyasət kursu terroru mənən qidalandırır

13 Dekabr 2016 13:57

Hələbdə Əsəd düşmənlərinin 4 illik hakimiyyətinə son qoyulmasının bir addımlığında İstanbulda terrorun yeni əks-sədası bitməyən müharibənin qanlı izlərini nümayiş etdirir. Doğrudur, Suriyanın vacib hərbi məntəqəsində qalib gələn Moskva-Tehran-Dəməşq ittifaqıdır və Ankaranın son aylarda verdiyi qərarların burada rolu həlledici deyil. Lakin Türkiyənin 2003-cü ildə Yaxın Şərq teatrında öz üzərinə düşənləri yerinə yetirməməsinin və regionun təhlükəsizliyini pozmaq istəyənlərə meydan verməsinin bədəlini indi çox ağır ödədiyi inkarolunmazdır.

Yük maşını yerüstü keçidə ilişdi: yolda tıxac yaranıb - VİDEO

13 Dekabr 2016 13:56

İstanbulda D-100 Karayolunda TIR yerüstü keçidə ilişib. Qəza səbəbiylə D-100 Ankara istiqamətində uzun-uzadı avtomobil sıxlığı yaranıb. Qəza saat 09.30 radələrində qeydə alınıb. Yük maşınının yerüstü keçidə ilişməsi nəticəsində piyada keçidinə ciddi ziyan dəydiyi deyilir. Milli.az

Əcnəbilərlə nigahın əsas motivləri dəqiqləşdirilməlidir

13 Dekabr 2016 13:54

“Qlobollaşmanın belə sürətlə getdiyi vaxtda xarici vətəndaşlarla nigaha girənlərin sayının çox olması təbii haldır. Bu, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yollarla tənzimlənir. Çünki xarici nigahların artması ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər”. Bunu  açıqlamasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.

Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

13 Dekabr 2016 13:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Azərbaycanlı milyarderdən 2 illik neft proqnozu

13 Dekabr 2016 13:50

2017-cı ildə neftin bir barelinin qiyməti 40-50 dollar diapazonunda dəyişəcək. Bunu "LUKoyl" şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov "Rusiya 24" telekanalına müsahibəsində bildirib. 

Mədət Quliyev Mahmudovun media çetesini necə çökdürdü? - TƏFƏRRÜAT

13 Dekabr 2016 13:48

Dövlət təhlükəsizliyi xidmətinin rəisi Mədət Quliyev son günlər reket "jurnalist"lərə qarşı keçirilən əməliyyatlardan danışıb. Son dərəcə sensasion açıqlamalar verən xidmət rəisi M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd edib: "Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək".

"Beşiktaş"ın erməni futbolçusundan TERROR AÇIQLAMASI

13 Dekabr 2016 13:47

"Beşiktaş"lı futbolçu Aras Özbiliz İstanbulda baş verən terrorla bağlı ölkəsinin mətbuatına açıqlamalar verib.

Rusiyada azərbaycanlı həbsxana işçisi güllələndi

13 Dekabr 2016 13:45

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində əslən Azərbaycandan olan şəxs güllələnərək öldürülüb.  Rusiya Federasiyası vətəndaşı, 1989-cu il təvəllüdlü, Dağıstanda cəzaçəkmə müəssisələrinin birində nəzarətçi işləyən Vəliyev Məhəmməd Ağakərim oğlu Dağıstanın Xasavyurd rayonunda yaşayıb.  

Putin: "Trampla istənilən vaxt görüşməyə hazıram"

13 Dekabr 2016 13:43

Rusiya prezidenti Vladimir Putin istənilən vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyə hazır olduğunu deyib.  V. Putin hesab edir ki, əvvəlcə Donald Trampın öz administrasiyasını formalaşdırmasını və səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır: "Bizim tərəfdən heç bir problem yoxdur. Amma fikrimcə, hazırda yeni administrasiyanın formalaşdırılmasının çətin mərhələsi gedir. Gərək səbirli olaq və administrasiyanın tam formalaşmasını gözləyək".

Politoloq: “Azərbaycan İsraillə strateji tərəfdaşdır”- MÖVQE

13 Dekabr 2016 13:40

“İsrail Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də beynəlxalq məsələlərdə strateji tərəfdaşdır. Hazırda Azərbaycan öz neftini İsrailə satır, gələcəkdə ölkə qazımızın İsrailə satılması nəzərdə tutulur”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.