Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Nazirlikdən  verilən xəbərə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15- də Bakıda və Abşeron yarımadasında havaşəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığa gəlincə, dekabrın 14-15- də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31