Gündəm
Daha iki rayonda səyyar qəbul keçiriləcək
Dekabrın 16-da paytaxtın Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 318 nömrəli tam orta məktəbdə (Ünvan: Qaraçuxur qəsəbəsi, Y. Eyvazov küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir: gecə və səhər 5-7°, gündüz 1-4° isti, Bakıda gecə və səhər 5-7°, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütünundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.
Bakı dairəvi dəmir yolunun təmiri davam edir
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə intensiv şəkildə reallaşdırılmaqdadır. Belə ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, dekabrın 13-də Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.
“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək
15-16 dekabr tarixlərində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunan seminarlar “ADA” Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Mussolininin nəvəsi Avropa Parlamentinin üzvü oldu
İtaliyalı diktator Benito Mussolininin nəvəsi Alessandra Mussolini mərkəz-sağ Avropa Xalq partiyasının Avropa Parlamentindəki fraksiyasının üzvü olub. Alessandra Mussolini Assambleyada Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların tezliklə ləğv edilməsinə dəstək olan "İrəli, İtaliya" partiyasının fəal deputatıdır. Azvision.az
Qəzada sağ qalan jurnalist: "Heç kim təsəvvür edə bilməzdi ki, qəza olacaq"
Braziliyanın "Şapekoense" klubunun uğradığı təyyarə qəzasından sağ çıxan jurnalist Rafael Enzel hadisə barədə danışıb.
“Azərsun Holdinq” Ümummili Liderin ildönümündə xatirəsini andı
“Azərsun Holdinq” tərəfindən Ümumilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində holdinq rəhbərliyi və kollektivi müstəqil Azərbaycan dövlətçiliyinin banisi, Heydər Əliyevin məzarını ziyarət edib. Şirkətlər qrupunun rəhbəri Abdolbari Goozal Ümumilli Liderin məzarı önünə əklil qoyub. Ziyarət zamanı görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.
Gənc müğənni millət vəkili olmaq istəyir
Hər zaman mahnıları və yaşadıqları ilə gündəmə gələn türkiyəli müğənni Sinan Akçıl bu dəfə də maraqlı açıqlamaları ilə gündəmi zəbt edib. Belə ki, Mayamiyə gedən ifaçı, Cənubi Amerikada yaşamağı planlaşdırır. İspan dilinə maraq göstərən müğənni artıq dil dərslərinə başlayıb. Mətbuata verdiyi açıqlamasında Sinan Akçıl “Türkiyədə səsini bəyəndiyim, mahnılarımı ifa etməyən bir şəxs var idi. O da İbrahim Tatlısəs idi. İbrahim bəyin yeni çıxacaq albomunda artıq iki yeni mahnım yer alıb.
Azərbaycan əhalisinin mənzil təminatı yaxşılaşdırılacaq
Azərbaycan əhalisinin mənzil təminatı yaxşılaşdırılacaq. Bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Ölümündən 3 dəqiqə öncə rəfiqələrinə bu mesajı göndərdi
Beşiktaşda "Vodafon Arena" stadionunun çıxışında törədilən terror zamanı ağır yaralanan və çatdırıldığı xəstəxanada ötən gün dünyasını dəyişən 28 yaşlı Selin Poladın partlayışdan 3 dəqiqə əvvəl dost-tanışına "Gəlirəm" mesajı yazdığı məlum olub.
Vətənpərvərliyin Heydər Əliyev nümunəsi
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində vətənpərvərlik tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Akademiyasında müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Türkiyəni sındırmaq mümkün olmayacaq
Dekabrın 10-da İstanbul şəhərində yerləşən “Beşiktaş Vodafone Arena” stadionunun yaxınlığında törədilmiş terror aktı bütün türk dünyasını sarsıdıb. Terror aktı nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə vətəndaş yaralanıb. Baş verən hadisə nəticəsində günahsız insanların həyatına son qoyulsa da, bu qanlı olayın Türkiyənin müstəqilliyinə hədəfləndiyi gün kimi aydındır. Saxlanılan şübhəli şəxslərin ifadələrindən bəlli olur ki, antiTürkiyə mərkəzləri tərəfindən idarə olunan kamikadzelər uzun müddət ərzində hazırlıq təlimlərinə cəlb ediliblər.
Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb
İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.
Heydər Əliyevin Azərbaycançılıq ideologiyası bizim üçün bayraqdır
Tarixən Azərbaycan diasporunun ən güclü olduğu ölkələrdən biri də Ukrayna olub. Ancaq təssüflər olsun ki, zaman-zaman Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında meydana gələn ziddiyyətlər, fikir ayrılığı bu ölkədəki diasporumuzu artıq zəiflədib. Amma bütün bunlara baxmayaraq diasporumuzun yekdil, birgə olması istiqamətində işlər aparılır. Bəs görəsən, bu kimi cəhdlər, təşəbbüslər nə dərəcədə müsbət nəticə verə bilər? Bu və ya digər suallarla Ukrayna Milli Aviasiya Universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Arif Quliyev Ukraynada yaşayan azərbaycanlıların elm sahəsində əldə etdiyi nailiyyətlərdən də söz açıb.
Qorxu hissi orqanizmdə hansı problemlərə səbəb olur?
İnsanlar bir qayda olaraq nələrdənsə qorxur, hansısa əşya, heyvan, cisim və s.ə qarşı bir fobiyası olur. Maraqlısı odur ki, bu fobiya insanda həyatını başa vurana qədər davam edir. Çox cəhdlər göstərilsə də, fobiyanı aradan qaldırmaq mümkün olmur. Bəzən fobiya insan orqanizmində ciddi fəsadlara da gətirib çıxarır.














