Qorxu hissi orqanizmdə hansı problemlərə səbəb olur?

İnsanlar bir qayda olaraq nələrdənsə qorxur, hansısa əşya, heyvan, cisim və s.ə qarşı bir fobiyası olur. Maraqlısı odur ki, bu fobiya insanda həyatını başa vurana qədər davam edir. Çox cəhdlər göstərilsə də, fobiyanı aradan qaldırmaq mümkün olmur. Bəzən fobiya insan orqanizmində ciddi fəsadlara da gətirib çıxarır.

İnsanlar bir qayda olaraq nələrdənsə qorxur, hansısa əşya, heyvan, cisim və s.ə qarşı bir fobiyası olur. Maraqlısı odur ki, bu fobiya insanda həyatını başa vurana qədər davam edir. Çox cəhdlər göstərilsə də, fobiyanı aradan qaldırmaq mümkün olmur. Bəzən fobiya insan orqanizmində ciddi fəsadlara da gətirib çıxarır.

Psixoloq Nərmin Qələndərova deyir ki, qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da var. Onun sözlərinə görə, bu hiss insan həyatının ilk həftələrindən yaranır: "Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə anasını görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyaları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onun üçün təhlükəli olmadığını anlayır və daha qorxmur. Lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu insan həyatı üçün lazımlı bir duyğudur. Çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. "Phobos" -yunanca "dəhşət tanrısı" deməkdir". Psixoloq qeyd edir ki, normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir: "Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir. Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir. Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir. İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yaradan səbəb aradan qalxanda və ya uzaqlaşanda normal vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur. Qorxu zamanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır". Psixoloq deyir ki, fobiyanın çox növləri vardır: "Zoofobiya-heyvan qorxusu, kloustrofobiya-qapalı yer qorxusu, akrofobiya-yüksəklik qorxusu, aqorafobiys-açır yer qorxusu, ailurofobiya-pişik qorxusu, kinofobiya-it qorxusu, ekninofobi-ar qorxusu, ojidofobi-ilan qorxusu, herpetofobi-kərtənkələ qorxusu, antofobi-insan qorxusu, niktofobi-gecə qorxusu, kaprofobi-nəcisdən qorxmaq,izolofobi-təklikdən qorxu və.s. Bunlardan ən geniş yayılmış formalardan biri aqorofabiyadır. Bu açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə

minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi-bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur. Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər. Yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər. Yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcəklərini düşünürlər. Bunları düşünərək qorxularını gizlədər, başqalarına hiss etdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik hücumla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır. Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular-sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər. Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar. Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyəcəyi sözləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır. Sonrakı çıxışlarında daha rahat formada danışır. Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxular şiddətli və xroniki olur. Və bu qorxular korreksiya olunmazsa zamanla panik hücuma keçə bilər. Bu növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18 yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6 ay davam etməlidir. Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31