Qəzada sağ qalan jurnalist: "Heç kim təsəvvür edə bilməzdi ki, qəza olacaq"

Braziliyanın "Şapekoense" klubunun uğradığı təyyarə qəzasından sağ çıxan jurnalist Rafael Enzel hadisə barədə danışıb.

Braziliyanın "Şapekoense" klubunun uğradığı təyyarə qəzasından sağ çıxan jurnalist Rafael Enzel hadisə barədə danışıb.  "TV Globo"ya açıqlamasında Enzel hadisə anına qədər yaşananları xatırlayıb: "Heç kim bizə demirdi ki, təhlükəsizlik kəmərini taxın. Nə vaxt yerə eniş edəcəyimizi soruşanda hər dəfə "10 dəqiqədən sonra" cavabını verdilər. Sonra birdən təyyarənin işıqları söndü. Hamı öz yerinə qayıdıb, təhlükəsizlik kəmərini taxdı. Daha sonra mühərrik sıradan çıxdı. Artıq hamı təşviş içində idi. Amma heç kim təsəvvür edə bilməzdi ki, qəza olacaq. Mən isə vəziyyətin gərgin olduğunu bir qədər əvvəl hiss etmişdim. Çünki qəzadan sağ çıxan stüardessa Ximena Suaresdə narahatlıq var idi. Qəzadan az öncə insanların qışqırıb-qışqırmadığını xatırlamıram. Amma hamı qorxu və çaşqınlıq içində idi. Çox keçmədi ki, şok yaşadığımız an çatdı. Təyyarənin necə çırpıldığını, zərbə anını xatırlamıram".

Xatırladaq ki, Kolumbiyada baş verən təyyarə qəzasında salonda olan 81 nəfərdən 77-si dünyasını dəyişib.  Goal.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31