“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək
15-16 dekabr tarixlərində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunan seminarlar “ADA” Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
13 Dekabr 2016 13:28 Sosial15-16 dekabr tarixlərində "Praktiki məsləhətlər üçün regional sessiya" adlı seminar keçiriləcək. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Rusiya Vençur Şirkəti" və "Global Venture Alliance" (GVA) fondunun təşəbbüsü ilə təşkil olunan seminarlar "ADA" Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir. Seminarda iştirakı planlaşdırılan ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcək.