Gənc müğənni millət vəkili olmaq istəyir

Hər zaman mahnıları və yaşadıqları ilə gündəmə gələn türkiyəli müğənni Sinan Akçıl bu dəfə də maraqlı açıqlamaları ilə gündəmi zəbt edib. Belə ki, Mayamiyə gedən ifaçı, Cənubi Amerikada yaşamağı planlaşdırır.  İspan dilinə maraq göstərən müğənni artıq dil dərslərinə başlayıb.  Mətbuata verdiyi açıqlamasında Sinan Akçıl “Türkiyədə səsini bəyəndiyim, mahnılarımı ifa etməyən bir şəxs var idi. O da İbrahim Tatlısəs idi. İbrahim bəyin yeni çıxacaq albomunda artıq iki yeni mahnım yer alıb.

Hər zaman mahnıları və yaşadıqları ilə gündəmə gələn türkiyəli müğənni Sinan Akçıl bu dəfə də maraqlı açıqlamaları ilə gündəmi zəbt edib. Belə ki, Mayamiyə gedən ifaçı, Cənubi Amerikada yaşamağı planlaşdırır.  İspan dilinə maraq göstərən müğənni artıq dil dərslərinə başlayıb.  Mətbuata verdiyi açıqlamasında Sinan Akçıl "Türkiyədə səsini bəyəndiyim, mahnılarımı ifa etməyən bir şəxs var idi. O da İbrahim Tatlısəs idi. İbrahim bəyin yeni çıxacaq albomunda artıq iki yeni mahnım yer alıb.

Yolum bu dəfə  Cənubi Amerikayadı. Mayamidə olarkən "Cənubi Amerikaya niyə getmirəm" - deyə özümə çox sual verirdim. Artıq İspan dilini öyrənirəm. ABŞ  - larında və Latın Amerikasında Sony ilə müqavilə bağlayıb "Tabi Tabi" mahnımı İspan dilində ifa edəcəm. Yazda çıxması planlaşdırılan mahnılarım 3 Grammy mükafatlı aranjimançı Lu Diaz tərəfindən mix və remix variantı hazırlanır." - deyə müğənni bildirib.

Avropanın ən böyük beach klubunu açmağı planlaşdıran müğənni Türkiyənin Marmarist bölgəsində gözəl bir kənd tapdıqlarını və burada gənclər üçün əyləncə məkanı açacağını qey edib.

Müğənni daha sonra açıqlamasında siyasəti çox sevdiyini və 10 - 15 ildən sonra millət vəkili olmağı planlaşdırdığını,  gecələr siyasi xəbərlər izlədiyini vurğulayıb. Ölkənin problemləri ilə yaxından maraqlandığını  gizlətməyən Sinan Akçıl ölkə problemlərinin həllində yaxından iştirak etmək istədiyini bildirib.

Qeyd edək ki, 2016 - cı il 18 oktyabrda Türkiyənin hakim partiyası olan AK partiyanın qrup toplantısına qonaq kimi məhz müğənni Sinan Akçıl iştirak etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31