Gündəm

Elçin Hüseynbəyli yazır... Məhlim mənim hinduşkam yoxdu!?.

13 Dekabr 2016 13:06

Bəri başdan deyim ki, “məhlim” sözü biz tərəflərdə “məgər” anlamına gəlir, yəni bir növ dialektimizə daxildir. Ola bilsin bu yazını oxuyan cavanlardan biri (feysbukdan gözünü ayıra bilsə) elə bu sözə görə dilçiliyə marağı artacaq və biz bax beləcə, çox asan yolla gələcəyin dilçisini qazanacağıq. Deməli, ədəbi dildə cümlə belə səslənir: “Məgər mənim hinduşkam yoxdu!?”

Suriya cəbhəsində yeni mübarizə

13 Dekabr 2016 13:02

Qərb və Rusiyanın Yaxın Şərq uğrunda apardığı mübarizə özünün yeni mərhələsinə qədəm qoyur. Xüsusilə, Suriyaya nəzarət, bu ölkədəki maraqlarını təmin etmək baxımından hər iki güc mərkəzi ciddi mübarizəyə qoşulub. Son aylar Rusiyanın Suriyadakı mövqelərinin möhkəmlənməsi və bunun da Bəşər Əsədin mövqelərinin möhkəmlənməsi isə nəticələnməsi Qərbi adekvat addımlar atmaq məcburiyyətində qoyub. Belə ki, Əsəd ordusunun müxalif cəbhəyə və bu ölkədə özünə mövqe tapmış İŞİD terror təşkilatına qarşı son günlər həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar Qərbin ikincilərə dəstək nümayiş etdirməsi ilə nəticələnib. Məhz bu dəstəyin nəticəsi olaraq son iki gündə İŞİD terror təşkilatı əsaslı dərəcədə möhkəmlənərək itirilmiş mövqelərini bərpa edib. Hadisələrin bu cür cərəyan etməsini dəyərləndirən ekspertlər də hesab edirlər ki, bununla Suriya cəbhəində yeni bir mübarizə başlayır.

Bakıda 4000 min manata yolka satılır - QİYMƏTLƏR

13 Dekabr 2016 13:00

Hər il olduğu kimi bu il də Yeni il atributlarının qiymətləri ölkədə əsas müzakirə obyektinə çevrilib.  Xüsusilə bayram yaxınlaşdıqca, tələbat daha çox olduğu üçün qiymətlər də qalxmaqda davam edir. Biz də vəziyyətlə tanış olmaq və qiymətlərlə maraqlanmaq üçün Yeni il atributları satılan brend mağazalara və şəhərin nisbətən ucuz dükanlarına baş çəkmək qərarına gəldik.

10 yaşlı qızın kübar həyatı və sevgilisi

13 Dekabr 2016 12:58

10 yaşlı Tanyanın "Instagram"da paylaşdığı şəkillər Rusiyada böyük müzakirələrə səbəb olub. Rusiyanın məşhur klip rejissorlarından birinin qızı 10 yaşlı Tanyanın sürdüyü zəngin həyat tərzi və sevgilisinin olması Rusiyada böyük narazılıqla qarşılanıb. 10 yaşlı qızcığaz hər gün bir neçə foto paylaşır. Sevgilisi ilə paylaşdığı fotoların birinə isə belə bir şərh yazıb: "Biz artıq 1 ildir ki, bir yerdəyik". 10 yaşlı Tanyanın artıq 100 mindən çox izləyicisi var. Aznews.az

"Putin mənə heç nə təklif etməyib" VAHİD ƏLƏKBƏROV

13 Dekabr 2016 12:55

"Biz, başqa söhbətlər aparmışıq" Rusiya prezidenti Vladimir Putin “LİKOİL” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərova “Rosneft” şirkətinin özəlləşdirilməsi ilə bağlı təklif etməyib. SİA xəbər verir ki, bu barədə “İntefax” agentliyi yazır.

Politoloq: "Sarkisyan bəyanatla əhalisini aldatmağa çalışır"

13 Dekabr 2016 12:52

“Sarkisyanın bəyanatı göstərir ki, Ermənistan rəhbərliyi aprel döyüşlərindən heç bir nəticə çıxarmayıb”. Bunu açıqlamasında politoloq İlqar Vəlizadə düşmən ölkə prezidentinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfərindən sonra “münaqişənin həllinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır” bəyanatına münasibət bildirərkən deyib.

Ankaraya ŞOK: ABŞ PKK-ya zenit-raket kompleksi verdi

13 Dekabr 2016 12:51

ABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir.

Bu il neçə azərbaycanlı əcnəbi ilə evlənib?

13 Dekabr 2016 12:49

Bu il 2042 Azərbaycan vətəndaşı əcnəbi ilə nikaha daxil olub.  Bu barədə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. 

Hakim oğlunun öldüyü qəzanın məhkəməsindən: "Kiməsə görə həbsdə yatmaq lazım deyil"

13 Dekabr 2016 12:48

Ləğv edilən MTN-in həbsdəki idarə rəisi Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DYP əməkdaşı Elçin Həsənəliyev ifadə verib. O, ifadəsində bildirib ki, hadisədən bir müddət sonra olay yerinə gəlib: "Axşam sərxoş sürücülərə qarşı reyd aparırdıq. 28 May küçəsindən S. Vurğun küçəsinə tərəfə gələn zaman insanların toplaşdığını gördüm. Avtomobil səkiyə dəyib dayanmışdı. Avtomobilin qarşısında bir uşaq uzanmışdı. Mən yaxınlaşanda yerdəydi. Vətəndaşlar üzünə su töküb onu sakitləşdirməyə çalışırdılar. Təcili yardım çağrılmışdı. Biz də rabitə ilə çıxıb onları tələsdirdik. Kəskin ağrıları vardı. Anası da oradaydı, səs-küy salmışdı. Təcili yardım gəldi və zərərçəkəni xəstəxanaya apardılar. Biz də post-patrul xidməti gəldiyindən hadisə yerindən uzaqlaşdıq".

Azərbaycanda əsrarəngiz qış görüntüləri

13 Dekabr 2016 12:46

Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Quba rayonunun gəzməli-görməli yerlərindəndir. Bu ucqar dağ kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək

13 Dekabr 2016 12:44

ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək. Bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

Rusiyada 42 terror aktının qarşısı alınıb

13 Dekabr 2016 12:42

Bu il Rusiya xüsusi xidmət orqanları 42 terror aktının qarşısı aıb. Report xəbər verir ki, bu barədə bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

Yaşlı qadın Buraka: "Siz kimsiz ki?.."

13 Dekabr 2016 12:40

Türkiyənin məşhur aktyoru Burak Özçivit ötən gün sahildə gəzərkən maraqlı anlar yaşayıb.  Gəzinti zamanı aktyorun yanına yaxınlaşan yaşlı qadın Burakı təəccübləndirib.

İstidir. Problem olacaq

13 Dekabr 2016 12:35

"Hazırda Azərbaycan ərazisində cənub-qərb və cənub-şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur. Havanın temperaturu normadan istidir".

İnternetə girişdə problemlərin ola biləcəyi ATS-lərin SİYAHISI

13 Dekabr 2016 12:34

"Bakı telefon rabitəsi" İstehsalat Birliyinin 6 telekommunikasiya qovşağındakı (TKQ) kabel-kanalizasiya qurğularında aparılan təmir işləri ilə əlaqədar internetə girişdə problemlər yaşana bilər.