Hakim oğlunun öldüyü qəzanın məhkəməsindən: "Kiməsə görə həbsdə yatmaq lazım deyil"

Ləğv edilən MTN-in həbsdəki idarə rəisi Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DYP əməkdaşı Elçin Həsənəliyev ifadə verib. O, ifadəsində bildirib ki, hadisədən bir müddət sonra olay yerinə gəlib: "Axşam sərxoş sürücülərə qarşı reyd aparırdıq. 28 May küçəsindən S. Vurğun küçəsinə tərəfə gələn zaman insanların toplaşdığını gördüm. Avtomobil səkiyə dəyib dayanmışdı. Avtomobilin qarşısında bir uşaq uzanmışdı. Mən yaxınlaşanda yerdəydi. Vətəndaşlar üzünə su töküb onu sakitləşdirməyə çalışırdılar. Təcili yardım çağrılmışdı. Biz də rabitə ilə çıxıb onları tələsdirdik. Kəskin ağrıları vardı. Anası da oradaydı, səs-küy salmışdı. Təcili yardım gəldi və zərərçəkəni xəstəxanaya apardılar. Biz də post-patrul xidməti gəldiyindən hadisə yerindən uzaqlaşdıq".

Suallara cavab verən DYP əməkdaşı hadisəni kimin törətməsi ilə bağlı sona qədər məlumatının olmadığını deyib: "Çünki bizim səlahiyyətimizdə deyildi. Xəsarət olan qəzalarda biz yerli rayon üzrə polis əməkdaşlarına bildiririk. Onlara təhvil edirik".
 
Prosesdə şahid qismində Musa Mahmudov dindirilib. O, ötən proses də dindirilmişdi. İfadəsindəki bəzi məqamlar ziddiyyət təşkil etdiyindən yenidən suallara cavab verib.
 
Musa Mahmudov hadisə zamanı ayaqqabılarının avtomobildə qaldığını deyib: "Hadisənin şokundaydım, ayaqqabılarım qaldı. Taksiyə minib evə gəldim, qardaşım üzümə baxıb, məsələni soruşdu. Sonra o, hadisə yerinə gedib, Rəhimin atasıyla xəstəxanaya getdi. Ayaqqabılarımı gətirdi. Hadisə zamanı özüm də xəsarət almışdım".
 
Təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov şahidin istintaqa verdiyi ifadələrlə məhkəmədə danışdıqları arasında ziddiyyət olduğundan onun istintaqa verdiyini ifadələrin elan olunmasını istəyib.
 
M.Mahmudov istintaqa verdiyi ifadəsində qəzanı Rəhim Kərimovun törətdiyini bildirib.
 
İstintaq zamanı dostlar  yenidən üzləşdirilib. Üzləşdirmə zamanı Rəhim qəzanı Musanın törətdiyini, Musa isə Rəhimin törətdiyini deyib.
 
Musa Mahmudov bunu qohumların və vəkilin məsləhəti ilə elədiyini deyib: "Düzgün danışmağımı vəkilim dedi. Kiməsə görə həbsdə yatmaq lazım deyildi".
 
Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib.
 
Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və mayın 12-də orada dünyasını dəyişib.
 
Qeyd edək ki, 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. O, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur.
 
Onu da qeyd edək ki, təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimidir. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31