Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək
ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək. Bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
13 Dekabr 2016 12:44 DünyaABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək. Bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"Qanun bunu mənə məcbur etməsə də, diqqətimi prezidentliyə yönəltmək üçün şirkətlərimi tərk edəcəyəm. Şirkətləri iki oğlum - Don və Erik, eləcə də idarə heyətinin üzvləri idarə edəcək. Prezidentliyim müddətində (və ya müddətlərində) heç bir yeni sövdələşmə edilməyəcək" - D.Tramp yazıb.
Qeyd edək ki, daha əvvəl D.Tramp biznesdən getmə planlarına həsr olunacaq mətbuat konfransının vaxtını yanvar ayına ertələyib. Onun prezident kimi andiçmə mərasimi 20 yanvar 2017-ci il tarixində baş tutacaq. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31