Suriya cəbhəsində yeni mübarizə

Qərb və Rusiyanın Yaxın Şərq uğrunda apardığı mübarizə özünün yeni mərhələsinə qədəm qoyur. Xüsusilə, Suriyaya nəzarət, bu ölkədəki maraqlarını təmin etmək baxımından hər iki güc mərkəzi ciddi mübarizəyə qoşulub. Son aylar Rusiyanın Suriyadakı mövqelərinin möhkəmlənməsi və bunun da Bəşər Əsədin mövqelərinin möhkəmlənməsi isə nəticələnməsi Qərbi adekvat addımlar atmaq məcburiyyətində qoyub. Belə ki, Əsəd ordusunun müxalif cəbhəyə və bu ölkədə özünə mövqe tapmış İŞİD terror təşkilatına qarşı son günlər həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar Qərbin ikincilərə dəstək nümayiş etdirməsi ilə nəticələnib. Məhz bu dəstəyin nəticəsi olaraq son iki gündə İŞİD terror təşkilatı əsaslı dərəcədə möhkəmlənərək itirilmiş mövqelərini bərpa edib. Hadisələrin bu cür cərəyan etməsini dəyərləndirən ekspertlər də hesab edirlər ki, bununla Suriya cəbhəində yeni bir mübarizə başlayır.

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay da bu qənaətdədir. O, bildirib ki, Suriya cəbhəsində kəskin, gözlənilməz dönüş yaranıb: "Şənbə günü İŞİD terror təşkilatının qüvvələri gözlənilmədən güclənib, cəmləşib 7000 silahlının, tankların və artilleriyanın hesabına, İran və Hizbullahın da dəstəklədiyi çoxsaylı Suriya ordusunu qədim Palmira şəhərindən vurub çıxarıblar. Bununla İŞİD-in Suriya paytaxtına doğru yolu və Əsədə qarşı döyüşən Əl-Nusrə və s. qruplaşmalar ilə birləşmə imkanı açılır. Suriyanın ikinci böyük şəhəri olan Hələbdə də üsyançı silahlı qruplaşmalar son günlər kəskin güclənib Rusiya bombardmanının kömək etdiyi Əsəd qüvvələrinə qarşı müqaviməti xeyli artırıblar. Bununla, Rusiyanın dəstəyi ilə bütün Suriya boyunca hücumda olan hökumət qüvvələrinə qarşı üsyançılar və terror qruplaşmaları birlik göstərib tarazlıq yaradırlar. Və proses bərabərtərəfli vətəndaş müharibəsi durumuna keçir. Bununla da, Rusiyanın Suriya prezidentinin rəsmi kömək müraciəti və Siriya ordusuna yardım adı ilə gəlib, mütləq hegemonçuluq edərək Əsəd rejimini qorumaq adı ilə, oranı Ermənistan kimi öz vassalına çevirmə planı puça çıxır". İlqar Altay deyir ki, bir neçə gündür Rusiya siyasiləri, ekspertləri, mediası əsəb içindədir: "Suriya ordusunu bacarıqsızlıq və tənbəllikdə, "mayanı" batırmaqda, ancaq yollardan keçən TİR-lərin qabağını kəsib pul qopartmaqda təqsirləndirirlər. Rusiyanın daha da dərin köməyə girişməklə təhlükəli "əfqan" oyununa girə bilməsində ehtiyat edirlər. Və təbii ki, bu durumda, bunu Rusiyaya qarşı qurulmuş oyun hesab edir və günahkar kimi Birləşmiş Ştatlar və müttəfiqlərini düşünürlər". Mərkəz rəhbərinin sözlərinə görə, həqiqətdə də bu hal Qərbin Rusiyanı Suriyada əməllicə tələyə salmasına oxşayır: "Bir tərəfdən Birləşmiş Ştatlar Rusiyanı mülki əhalinin Hələbi tərk etməsi üçün bombalamamağa təhrik etdi. Həmin sükut dövründə oradakı üsyançı və s. qüvvələri ciddi və hərtərəfli qüvvətləndirdi. Digər tərəfdən isə, Suriyaya yaxın olan İraqın Mosul şəhəri və İraqın digər ərazilərindən çıxarılan İŞİD-çilər Suriyaya axın etdi. Rusiya məhz, Suriyaya İŞİD axınından narahat idi və bunu Birləşmiş Ştatların İŞİD-lə razılaşması kimi görürdü. Türkiyə də bu arada heç də sakit oturmayıb, Suriyaya girib bir sıra əraziləri tutub türkmənlərə dəstək verməklə Suriya hökumət qüvvələrinin başını qatdı. Bu dönüş nöqtəsi ilə, artıq Suriyanın yaxın gələcəkdəki

taleyinin konturları aydınlaşır. Belə görünür ki, bu gedişatla anti-əsəd qüvvələr birləşib və xeyli güclənib Əsəd qüvvələri ilə ciddi vətəndaş müharibəsi aparacaq. Həmin bu qüvvələrə təbii ki, Birləşmiş Ştatlar və onun Suriya üzrə 66 koalisiya üzvü ölkələri gizli və güclü yardım edəcək. Bir tək Rusiyanın havadan zərbəsi və məsləhətçiləri köməyinə qalmış bacarıqsız Əsəd ordusu bütün son dövrlərdə qazandığı mövqeləri itirəcək. Rusiyanın və İranın risq edib birbaşa müdaxilə etmədiyi proses isə, nəticədə Bəşər Əsəd rejiminin süqutu və Əsədin Yanukoviç kimi Rusiyaya qaçması ilə nəticələnəcək". Ilqar Altayın qənaətincə, İŞİD və digər terror təşkilatları və qruplaşmalarının da son anda mütləq olaraq zərərsiazləşdirilməsindən sonra, yəqin ki, Suriyada yaşayan ərəb, türkmən və başqa millətlərin və həm də Türkiyə və Qərbin marağını təmin edəcək bir hökumət qurular: "Rusiyanın da bu bölgüdə marağı təmin edilə bilər. Ancaq ki, çox az və məğlub regional güc kimi. Görünən odur ki, Rusiyanın vaxtilə İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyaya qoşulmayıb, Bəşər Əsədin rəsmi kömək dəvətini Qərbə dirəniş şansı hesab edib, Suriya taleyində tək, mütləq hegemon olması planı səhv, yanlış addım kimi boşa çıxır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31