Bakı dairəvi dəmir yolunun təmiri davam edir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə intensiv şəkildə reallaşdırılmaqdadır. Belə ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, dekabrın 13-də Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə intensiv şəkildə reallaşdırılmaqdadır. Belə ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin - Pirşağı - Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, dekabrın 13-də Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq. Əsaslı təmir işlərini "Dəmiryolservis" MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Xatırladaq ki, dairəvi dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 3.3 kilometri Nərimanov - Böyükşor mənzilində, 1 kilometri Bakı sərnişin stansiyasında olmaqla, cəmisi 4, 3 km uzunluğunda yol qoyulub, eləcə də 2 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31