Türkiyəni sındırmaq mümkün olmayacaq
Dekabrın 10-da İstanbul şəhərində yerləşən “Beşiktaş Vodafone Arena” stadionunun yaxınlığında törədilmiş terror aktı bütün türk dünyasını sarsıdıb. Terror aktı nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə vətəndaş yaralanıb. Baş verən hadisə nəticəsində günahsız insanların həyatına son qoyulsa da, bu qanlı olayın Türkiyənin müstəqilliyinə hədəfləndiyi gün kimi aydındır. Saxlanılan şübhəli şəxslərin ifadələrindən bəlli olur ki, antiTürkiyə mərkəzləri tərəfindən idarə olunan kamikadzelər uzun müddət ərzində hazırlıq təlimlərinə cəlb ediliblər.
13 Dekabr 2016 13:12 DünyaTürk xalqı suverenliyini, kimliyini qorumaq yolunda dönməzliyini dəfələrlə sübut edib
Dekabrın 10-da İstanbul şəhərində yerləşən "Beşiktaş Vodafone Arena" stadionunun yaxınlığında törədilmiş terror aktı bütün türk dünyasını sarsıdıb. Terror aktı nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə vətəndaş yaralanıb. Baş verən hadisə nəticəsində günahsız insanların həyatına son qoyulsa da, bu qanlı olayın Türkiyənin müstəqilliyinə hədəfləndiyi gün kimi aydındır. Saxlanılan şübhəli şəxslərin ifadələrindən bəlli olur ki, antiTürkiyə mərkəzləri tərəfindən idarə olunan kamikadzelər uzun müddət ərzində hazırlıq təlimlərinə cəlb ediliblər. Bu isə o anlama gəlir ki, məhz bu teraktın törədilməsi məqsədilə uzun müddətli hazırlıq işləri aparılıb. Düməli, hazırda Türkiyə terror mərkəzləri tərəfindən hədəfə alınıb. Səbəb isə regionda baş verən hadisələrlə əlaqədar Türkiyənin mövqeyinin superdövlətlərlə uyğun gəlməməsidir. Daha dəqiq, Türkiyənin antiterror əməliyyatı bəzi dövlətlərin qıcıqlanmasına səbəb olub. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, son vaxtlar antiterror mərkəzləri Türkiyəyə qarşı mübarizədə fəallıq nümayiş etdirilər: "Hər şərdə bir xeyir də var" deyib dədələrimiz...İstanbulda Hrant Dinkin ölümündən sonra küçələrə çıxıb "hepimiz ermeniyiz" deyənlərə münasibətimi soruşan Türkiyədən bir dostuma təəssüf dolu bir səslə "adamlar kim olduqlarını bildirirlər, siz də diqqətlə baxmalısınız və içimizə sızıb bizi arxadan vuranları daha yaxşı görməlisiniz ki, sabah yanılmayaq, bu insanların nələr edə biləcəyini unutmamalıyıq" demişdim. Bunu ona görə söylədim ki, son günlər Türk milləti əleyhinə içində nifrəti, kini, qısqanclığı olanların hamısı yaman fəallaşıblar. Bir dostum münasibət bildirəcəksənmi deyə, yazıb. Mən də "gözləyirəm, qoy kimin ürəyində nə var töksün, bilək kimin içində nələr var, tanıyaq dostu-düşmanı və heç bir zaman unutmayaq ki, onlardan bu millətə heç zaman xeyr gələ bilməz. Kim olurlarsa-olsunlar çətin gündə mütləq arxadan vuracaqlar" - deyə, qısa bir cavab yazdım". Onun sözlərinə görə, Türk milləti tarixdə ən çox imperatorluq qurmuş bir millətdir və hər zaman "bitdi" dediklərində sanki küllərindən yenidən doğulub daha güclü qayıdıblar tarix səhnəsinə. Ona görə də bir neçə terror hadisəsi ilə Türk milləti və qardaş Türkiyə tamam zəifləyəcək deyə sevinənlər belə tez sevinməsinlər. Qara dənizdən, Ağ dənizdən Xəzərə, Şimal dənizinə qədər getdikcə kimliyinə daha çox sahiblənən və güclənən Türk millətinə diqqətlə baxsınlar. Deyəsən, bir çoxlarını da elə bu məsələ ciddi narahat edir". Millət vəkili Eldəniz Səlimov hesab edir ki, bu terraktı törədənlər və onun arxasında dayananlar tez bir zamanda aşkarlanaraq üzə çıxarılacaq və ədalət mühakiməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar: "Bu terraktı törədənlər, ona rəvac verənlər mütləq və mütləq layiqli cəzalarını almalıdırlar və alacaqlar da. Başqa cür də ola, bunun əksini də düşünmək olmaz". E. Səlimov eyni zamanda bildirir ki, terrorun milləti, dini, irqi olmur: "Kimliyindən, hansı millətə, hansı dinə və hansı irqə mənsubiyyətindən asılı olmayaraq da hər kəs qanlı, amansız terrora qarşı çıxmalı, ona qarşı birlikdə mücadilə etməli, terroru və terrorçuları, onları bəsləyənləri lənətləməlidir. Azərbaycan dövləti və xalqı da uzun illərdən bəri terrordan və terrorçulardan əziyyət çəkən bir toplum olaraq hər zaman terrora və terrorçulara qarşı çıxıb, onları lənətləyib, pisləyib, öz əməli və birmənalı mövqeyini ortaya qoyub. Azərbaycan xalqı bu ağır anlarda da qardaş və dost Türkiyənin, Türk millətinin yanındadır, onun açısını, kədərini bölüşməkdədir, terrora, terrorçulara lənət oxumaqdadır, kəskin qəzəbini və etirazını ifadə etməkdədir. Çünki Ulu Öndərimiz-mərhum Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Bu baxımdan, heç kim, heç bir qüvvə nə Türkiyəni, nə də Azərbaycanı diz çökdürə biləcək. Nə qədər çalışsalar, nə qədər cəhd etsələr də, buna nail-müvəffəq ola bilməyəcəklər. Əksinə, Türkiyə ilə Azərbaycan birlikdə bütün çətinlikləri, maneələri birlikdə aşacaq, dəf edəcək və irəliyə doğru qoşa qanad kimi addımlayacaq. Kimsənin də buna şübhəsi olmasın və ola da bilməz". Kimin nə səbəb irəli sürməsindən asılı olmayaraq fakt ondan ibarətdir ki, bu terror aktı konkret insanlara qarşı deyil, Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı hücumdur. Bu hadisə ilə düşmən qüdrətli ölkə ilə açıq şəkildə və üzbəüz gəlməkdən qorxaraq, alçaqcasına dinc əhaliyə qarşı azğın hərəkətini həyata keçirib. Məqsəd isə qardaş Türkiyəni müstəqil siyasətindən əl çəkdirmək, onun parçalanmasına yol açmaq, bu qüdrətli ölkəni kimlərinsə siyasətinin kiçik oyunçusu statusuna endirməkdir. Ancaq miniliklərlə möhtəşəm tarixə malik olan Türkiyəni sındırmaq mümkün olmayacaq, düşmən qüvvələri bu dövləti, bu xalqı hələ yaxşı tanımırlar. Türk xalqı tarixən öz suverenliyini, öz kimliyini qorumaq yolunda dönməzliyini dəfələrlə sübut edib.
Alim