Sahibə Qafarova sessiya moderatoru təyin olunub

Monteneqronun Budva şəhərində “Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans işə başlayıb. MM-dən verilən məlumata görə, konfransda Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, bu qurumun “Zorakılıqdan azad qadınlar” şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova iştirak edir. Milli Məclisin deputatı tədbirdə AŞPA-nı təmsil etməklə yanaşı, həm də sessiya moderatoru təyin olunmuşdur. AŞPA və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən konfrans Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi üzrə regional platformanın yaradılması məqsədi daşıyır.

Monteneqronun Budva şəhərində "Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi" mövzusunda konfrans işə başlayıb. MM-dən verilən məlumata görə, konfransda Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, bu qurumun "Zorakılıqdan azad qadınlar" şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova iştirak edir. Milli Məclisin deputatı tədbirdə AŞPA-nı təmsil etməklə yanaşı, həm də sessiya moderatoru təyin olunmuşdur. AŞPA və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən konfrans Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi üzrə regional platformanın yaradılması məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31