Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü

2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

Azərbaycan millisi 11-ci qrupda yer alıb. Yığmamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.
 
Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin "üçüncülər" arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə əldə edəcək.
 
Qeyd edək ki, final mərhələsinin meydan sahibi İngiltərə və yarışa elit-raunddan başlayacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdən azaddır. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31