“Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub

Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir. Layihə üzrə Yusuf Vezir Çemenzeminli “Kan içinde. İki ateş arasında” romanının ardınca Celil Memmedguluzadenin “Danabaş köyünün hikayeleri” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Kitablar qardaş xalqın rəğbəti ilə qarşılanıb. Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.

Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Kitabının Dünyada Tanıdılması" (AKDT) layihəsinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən "Sevinç Fırat Zengin Yayıncılık" nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir. Layihə üzrə Yusuf Vezir Çemenzeminli "Kan içinde. İki ateş arasında" romanının ardınca Celil Memmedguluzadenin "Danabaş köyünün hikayeleri" kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Kitablar qardaş xalqın rəğbəti ilə qarşılanıb. Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31