Müəllim azyaşlı şagirdlərinə edam ipi payladı

Toki Osmangazi İbtidai Məktəbində bir qalmaqal yaşanıb. Müəllim azyaşlı şagirdlərinin əlinə "edam epi" verərək sinifdəki "Şəhidlər Lövhəsi" qarşısında şəkillər çəkdirib.

Toki Osmangazi İbtidai Məktəbində bir qalmaqal yaşanıb. Müəllim azyaşlı şagirdlərinin əlinə "edam epi" verərək sinifdəki "Şəhidlər Lövhəsi" qarşısında şəkillər çəkdirib.

Sosial şəbəkədə sürətlə yayılan görüntü böyük müzakirələrə səbəb olub. 

A. E. adlı qadın müəllim sözügedən fotoları Facebook hesabından paylaşaraq: "Ya dövlət başa, ya quzğun leşə... Başkaaaan!.. Ədalət istəyirik", - mesajını qeyd edib.

Müəllimin ictimai media hesabındakı fotoları arasında: "Bütün vətən xainləri üçün şəksiz ədalət istəyirəm" şəklində bir mesaj və avtomobilində edam ipi olduğu görüntü də əks olunub. 

CHP İzmir millət vəkili Tuncay Özkan isə hadisəylə əlaqədar sözügedən müəllim barəsində cinayət işinin açılması üçün aidiyyatı orqanlara müraciət olunacağını qeyd edib: "Bu uşaqları çirkli siyasi əməlləri üçün istifadə edib, ölümlə şou göstərən hər kəs haqqında dərhal istintaq əməliyyatı başlanılmalıdır. O uşaqların ailələri mütləq iddia açsın. Mən də cinayət elanı ilə polisə müraciət edəcəm", - deyib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31