"Pullar tələbələrin təhsil haqqı olmayıb" - 430 min manatı oğurlanmış prorektor

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs - "Odlar Yurdu" Universitetinin birinci prorektoru Munir Vəliyev ifadə verib. O, bu işdə təqsirləndirilən V.Vəliyevi ittiham edib. O bildirib ki, iş otağındakı seyfdə 219 min 900 ABŞ dolları oğurlanıb: "Bundan başqa, orada 94 min manat pul vardı. Bu pulu yalnız Vüqar Vəliyev görüb. Onlar bir neçə nəfər olublar, üzlərində maska olub. Universitetdəki çəkiliş kameralarını sıradan çıxarıblar". 
 
M.Vəliyev deyib ki, seyfdə olan pullar tələbələrin təhsil haqqı olmayıb. 
 
Təqsirləndirilən Sübhan Mahmudov isə bildirib ki, onlar otaqdan başqa seyfi oğurlamalıydılar. 
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından oğurluq etməklə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31