Bakı-Təl-Əviv münasibətləri yeni mərhələdə
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. İsrail baş nazirinin səfəri təkcə Bakı və Təl Əvivdə deyil, eləcə də region ölkələrində ciddi şəkildə şərh edilir, bu səfərin nəticələrinin tərəflər üçün verə biləcəyi faydalar təhlil edilir. Birmənalı olaraq söyləmək mümkündür ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri ölkəmiz üçün yalnız divident gətirəcək və bu səfərin Azərbaycana kifayət qədər faydaları olacaq. Elə əksər ekspertlər bu qənaətdədirlər.
13 Dekabr 2016 15:35 SiyasətArye Qut: "İsrail-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək"
Arzu Nağıyev: "Bu, dünyada mühüm əhəmiyyətli bir səfər kimi dəyərləndirilir "
Əli Qənbərli: "Azərbaycan-İsrail əlaqələri tərəfdaşlıq müstəvisindən müttəfiqlik müstəvisinə doğru irəliləyir"
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. İsrail baş nazirinin səfəri təkcə Bakı və Təl Əvivdə deyil, eləcə də region ölkələrində ciddi şəkildə şərh edilir, bu səfərin nəticələrinin tərəflər üçün verə biləcəyi faydalar təhlil edilir. Birmənalı olaraq söyləmək mümkündür ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri ölkəmiz üçün yalnız divident gətirəcək və bu səfərin Azərbaycana kifayət qədər faydaları olacaq. Elə əksər ekspertlər bu qənaətdədirlər.
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini yüksək qiymətləndirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib ki, bu səfər Bakı-Təl-Əviv münasibətlərində yeni bir səhifə olacaq. Onun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir: "İnanıram ki, bundan sonra həm siyasi dialoq, həm də iqtisadi əlaqələr daha da yüksək səviyyədə olacaq. Eyni zamanda 2-5 aprel hadisələri Azərbaycanın dostu və düşməninin kim olduğunu müəyyənləşdirdi". Arye Qut Azərbaycanın hərbi sahəsinin inkişafına İsrail dövlətinin innovasiya baxıməndan dəstəyinin böyük olduğunu söyləməklə yanaşı onu da qeyd edib ki, hərbi sahədə əlaqələr bundan sonra da inkişaf edəcək".Netanyahunun Azərbaycan səfərinin bir sıra dövlətlərdə doğurduğu qısqanclığa gəlincə, Arye Qut deyib ki, bu qısqanclıqlar mənasızdır. Çünki İsrail-Azərbaycan əlaqələri heç bir dövlətə qarşı yönəlməyib :"İsrail-Azərbaycan əlaqələrinin başında yaxşı siyasi dialoq, iqtisadi əlaqələr və hərbi-texniki əməkdaşlıq dayanır". Netanyahunun Azərbaycan səfəri başa çatar-çatmaz İran dövlət başçısının Ermənistana nəzərdə tutulan səfərinə gəlincə, Arye Qut deyir ki, bu öz-özlüyündə Azərbaycanın dostu və düşmənin kim olduğunu ortaya qoyur: "İnanıram ki, İsrail-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək. Bu arada bir məqamı da qeyd edim ki, Donald Trampın Amerika prezidenti seçilməsi də həm Azərbaycan, həm də İsrail üçün faydalı olacaq. Çünki indiyə qədər Amerika Adminstrasiyası nə Yaxın Şərq, nə də Cənubi Qafqazda baş verənləri düzgün dəyərləndirmirdi. Tramp İsrail dövləti və yahudi xalqının yaxın dostudur və bunu hır zaman söyləyir. İnanıram ki, bu əlaqələr İsrail-Azərbaycan əlaqələrinin inkişafında da böyük rol oynayacaq. Həmçinin onu da unutmaq lazım deyil ki, Birləşmiş Ştatlarda güclü yəhudi lobbisi fəaliyyət göstərir və son zamanlar Azərbaycanla yəhudi lobbisinin sıx əməkdaşlığı mövcuddur. Bir müddət əvvəl Dünya Yəhudi Konqresinin rəhbərliyi Azərbaycana səfər etmişdi. Səfər yüksək səviyyədə keçdi və Azərbaycan prezidenti ilə səmimi bir görüş oldu. Bütün bunları nəzərə alaraq inanıram ki, Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra bu əlaqələr daha da inkişaf edəcək ". Arye Qut deyib ki, iqtisadi baxımdan İsrail Azərbaycana daha çox yardım edə bilər ki, bura kənd təsərrüfatı, səhiyyə, innovasiya sahələrini aid etmək olar. Onun sözlərinə görə, Azərbaycan İsraillə əlaqələrdən, əməkdaşlıqdan öz bəhrəsini görəcək.
Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, İsrailin baş naziri Benyamin Natanyahunun səfərində əsas məqsəd məhz Fələstin -İsrail münasibətlərinin tənzimlənməsində Azərbaycanın barışdırıcı olmasıdır: "Tıəbii ki, bu məsələ də var. Baxmayaraq ki.bir sıra qonşu dövlətlər bunun əleyhinə bəyanatlar səsləndirir. Biz Azərbaycan olaraq öz siyasətimizi yürdürük və tolerant bir dövlət olduğumuzu göstəririk. Maraqlı tərəf odur ki, cənab Netanyahu Azərbaycana son dəfə 1997 -ci ildə gəlib və 20 ildən sonra rəsmi səfər edir". Arzu Nağıyev onu da vurğulayıb ki, səfərin əsas məqsədlərindən biri də təbii ki, hərbi, iqtisadi və siyasi xarakter daşıyır: "İlk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli, hərbi silah sursat müqavilələri , kənd təsərrüfatı, nanotexnologiyalar ilə bağlı danışıqlar aparıla bilər. Bundan başqa Hetanyahu Bakıda yerləşən Yəhudi məktəbində Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüş keçirməlidir. Bunun özü də Azərbaycanın multikultural dəyərlərə hörmət əlaməti kimi qiymətləndirilməlidir. Bundan başqa İsrail baş nazirinin Azərbaycan Prezidenti ilə təkbətək görüşü də planlaşdırılıb. Ümumiyyətlə, görüş dünyada mühüm əhəmiyyətli bir səfər kimi dəyərləndirilir". Ekseprt Ermənistan tərəfinin İsrail baş nazirinin Azərbaycan səfərindən keçirdiyi narahatçılığa da toxunub: "Təbii ki, bundan Ermənistan tərəfi həddən artıq narahatlıq keçirir.Hətta Ermənistanda yaşayan yəhudilərə, o cümlədən dünyadakı erməni lobbisi vasitəsilə təsir etməyin zəruriliyini bir məqsəd kimi qarşılarına qoyurlar. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrail öz rolunu bildirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq müqavilələrinin mövcudluğu Ermənistanı ciddi narahat edən məsələlərdən biridir. Bununla yanaşı, Xocalı hadisəsi və digər hadisələrlə bağlı İsrail daim Azərbaycanı dəstəkləyən ölkə olub. İsrailin apardığı anti-terror əməliyyatları Azərbaycan tərəfindən də dəstəklənir. Baxmayaraq ki, bir sıra qonşu dövlətlər Azərbaycan-İsrail münasibətlərinin inkişafının əleyhinədir, lakin biz balanslı siyasət yürütməklə, dostluq və xarici əlaqələrimizi inkişaf etdiririk".
Politoloq Əli Qənbərli deyib ki, İsrail və Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, İsrail baş nazirinin səfərinin əhəmiyyəti həm də ondadır ki, bu İsrail baş nazirinin Azərbaycana ilk səfəridir: "Doğrudur 1997-ci ilin avqust ayında, hazırki baş nazir B.Netenyahu Azərbaycana səfər edib. Lakin, bu çox qısa çəkib, yəni bir- neçə saatlıq. Lakin, onu da qeyd etmək lazımdır ki, bu baş nazir səviyyəsində ilk səfərdir. Ancaq, İsrailin digər rəsmi şəxsləri ölkəmizə dəfələrlə səfər ediblər". Səfər çərçivəsində bir sıra məsələlərin müzakirə olunacağını deyən politoloq, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini önə çəkib: " Düşünürəm ki, bu məsələ hazırki səfərin başlıca qayəsini təşkil edəcək. Təbii ki, bu əməkdaşlıq Azərbaycana hazırki dönəmdə olduqca lazımdır. Nəzərə çarpan məqamlardan biri də budur ki, artıq Azərbaycan-İsrail əlaqələri tərəfdaşlıq müstəvisindən müttəfiqlik müstəvisinə doğru irəliləyir ki, bu da öz- özlüyündə gələcəkdə iki ölkənin bir çox sahələrdə mövcud olan əlaqələrinin daha da inkişafına səbəb olacaq". Əli Qənbərli deyib ki, İsrail və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi təqribən 4 milyard dollara yaxındır: " İsrail və Azərbaycan arasında bir çox sahələrdə xüsusən də, iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir. Bildiyiniz kimi İsrail Azərbaycandan neft idxal edir, eyni zamanda Azərbaycan iqtisadiyyatı xüsusən də kənd təsərrüfatına investisiya yatırır. Əsas prioritet məsələlərdən biri də hərbi sahədə əməkdaşlıqdır ki, bu olduqca önəmlidir. İsrail ordusu dünyanın ən güclü orduları sırasındadır. Eyni zamanda telekomunikasiya səhəsində də İsrailin yaxşı potensialı və təcrübəsi vardır. Hümanitar sahədə əməkdaşlıq da başlıca yer tutur. Belə ki, Azərbaycan tarixən yəhudilərin yaşadığı mərkəzlərdən biri olmuşdur. Hər zaman Azərbaycan xalqı yəhudilərlə mehribanlıq şəraitində yaşamışdır".
Süleyman İsmayılbəyli