Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Y.Q.Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
13 Dekabr 2016 16:06 SiyasətPrezident İlham Əliyev Y.Q.Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamı təqdim edir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Yaşar Məmmədov prezidentin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31