Bəzi regional idarələr yerli hakimiyyət orqanlarını eşitmirlər
Bir neçə gündən sonra gələn ilin dövlət büdcəsi layihəsinə millət vəkilləri tərəfindən edilən təkliflər təhlil edilərək yenidən parlamentin müzakirəsinə çıxarılacaq. Məlumat üçün qeyd edək ki, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb. Lakin, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi nəticəsində xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunu böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalması büdcə gəlirlərinin azalmasına səbəb olub. Daha dəqiq, 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib. Maraqlıdır, sənəddə büdcə gəlirlərinin artırmaq yolları tamamilə nəzərə alınıbmı?
13 Dekabr 2016 15:28 Sosial"Biz sərbəst idarələrik, rayona tabe deyilik" deyirlər və istədikləri kimi hərəkət edirlər
Bir neçə gündən sonra gələn ilin dövlət büdcəsi layihəsinə millət vəkilləri tərəfindən edilən təkliflər təhlil edilərək yenidən parlamentin müzakirəsinə çıxarılacaq. Məlumat üçün qeyd edək ki, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb. Lakin, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi nəticəsində xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunu böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalması büdcə gəlirlərinin azalmasına səbəb olub. Daha dəqiq, 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib. Maraqlıdır, sənəddə büdcə gəlirlərinin artırmaq yolları tamamilə nəzərə alınıbmı?
Millət vəkili Tahir Rzayev qeyd edib ki, sənəd "Büdcə sistemi haqqında" qanunun tələblərinə uyğun şəkildə hazırlanıb. Büdsə lə həm Azərbaycan iqtisadiyyatının inkişafı təmin olunur, həm sosial layihələr davam etdirilir, həm də ölkənin hərbi qüdrəti artırlır. Ölkənin beynəlxalq imicinə təsir edir. Bununla yanaşı, düşünülmüş iqtisadi layihələrin həyata keçirilməsi ilə həm iqtisadiyyatı inkişf etdirmək, həm sosial proqramları təmin etmək, həm də büdcə gəlirlərini artırmaq olar: "Məlumdur ki, dünyada müşahidə olunan iqtisadi böhrandan geosiyasi məqsədlər üçün istifadə etməyə şalışırlar. Dünyada baş verən hadisələri dərindən təhlil edərək qiyətləndirilər və yaxşı bilirlər ki, digər regionlarda olduğu kimi ölkəmizdə yaranan müəyyən iqtisadi çətinliklər, büdcənin azalması müşahidə olunur. Əslində bu iqtisadi təlatumlər bəzi iri dövlətlərin siyasi oyunlarının-kiçik dövlətləri öz mənafelərinə tabe etdirmək cəhdinin nəticəsində meydana gəlmişdir. Azərbaycan 25 ildən çoxdur ki, öz torpaqlarını erməni təcavüzündən azad etmək uğrunda mübarizə aparır. Ordumuzun təmin olunmasına, yeni silahların alınmasına, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına, sərhədlərimizin möhkəmlənməsinə külli miqdarda vəsait sərf olunur. Torpaqlarımızın 20 faizinin işğal altında olması, həmin torpaqların əkilib-becərilməməsi iqtisadiyyatımıza xeyli ziyan vurur. Əgər bu amillər olmasaydı sosial məsələlələrə milyardlarla manat əlavə vəsait ayrımaq mümkün olardı". Onun sözlərinə görə, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi dolların bahalaşması, münaqişə ocalqrının yaranması Azərbaycandan da yan keçə bilməz: "Bu gün Azərbaycan prezidentini, xalqımızı Qarabağ probleminin həlli məsəsələsi daha çox düşündürür. Aprel döyüşləri zamanı xalqın bütünlüklə öz rəhbərinə, orduya dəstək verməsi onun mübarizə əzmini göstərdi. Ölkədə hökm sürən ictimai-siyasi sabitlik, insanların sərbəst qorxusuz yaşyışı ən böyük iqtisadi-siyasi naliyyətdir. Bu sabitliyi qoruyub-saxlamaq iqtisadiyyatımızın gələcək inkişafı üçün əsasdır. Ancaq biz dövlət büdcəsinin vəziyyətini tamamilə xarici amillərlə, dünyada baş verən hadisələrlə əlaqələndirsək səhv etmiş olarıq". Millət vəkili bildirib ki, gələn ilin dövlət büdcəsi mükmməl tərtib olunub, sosislyönümlüdür, gələcəyə çıxış yolunu göstərir. Ancaq bəzi vəzifə sahiblərinin büdcəyə münasibəti çox narahatçılıq yaradır: "Bəzi vəzifəli şəxslər 450 manatlıq ştatları ixtisar edib insanları işsiz qoyurlar. Digər tərəfdən, yüksək əmək haqqı ilə özlərinə neçə-neçə müşavirlər, köməkçi və xidmətçilər təyin edən, bahalı xidməti maşın alanlar, bahalı inzibati binalar tikdirənlər pula qənaət etmirlər. Əksinə, insanlara, pula sayğısızlıq göstərirlər. Daha doğrusu, vəzifələrindən sui-istifadə edirlər. Yüzlərlə sürücünün, gözətçinin, kitabxanaçının illik əmək haqqı çox cüzi olsa da bu, neçə-neçə ailənin çörək puludur. O pulu kəsmək isə insafsızlıq olardı. Azmaaşlı ştatları ixtisar edib, insanları işsiz qoymazdan əvvəl büdcə xərclərinə nəzarət etmək, israfçılığın qarşısını almaq lazımdır. Əslində insanların məşğulluğunu təmin etmək üçün əmək haqqı az olsa da iş yerlərinin sayını artıqmaq lazımdır". Onun sözlərinə görə, qarşıya qoyulan hədəflərə nail olmaqdan ötrü özəl sektor inkişaf etdirilməlidir. Kiçik sahibkarlığa, azad ticarətə yaşıl işıq yandırılmalıdır: "Tikinti sektorunun inkişafı büdcəyə əlavə vəsaitin cəlb edilməsinin səmərəli yoludur. Yerlərdə, şəhər ətrafımnda müəyyən massivlər ayırıb planlı şəkildə insanlara fərdi evlər tikmək imkanı yaradılsa, bu vətəndaşların mənzil təminatında, məşğuluğunda, həm də büdcəyə külli miqdarda əlavə vəsaitin daxil olmasında xüsusi rol oynaya bilər". Millət vəkili qeyd edib ki, büdcədə Gənclər Fonduna ayrılan vəsaitin bir neçə dəfə azaldırlması heç də yaxşı hal deyil. Bu yüzlərlə gəncin ümidini qırmaq, marağını söndürmək, neçə-neçə layihənin qarşısını almaq deməkdir. Onun bildiridiyinə görə, çevik idarəetmə mexanizmi münasibətlərinin düzgün qurulması hakimiyyətin yerlərdə möhkəmlənməsini tələb edir: "Bu baxımdan regional idarələrin yaradılması idarəetmə sistemində bir yenilikdir və bəyənilməlidir. Ancaq yaradılan bəzi regional idarələr yerli hakimiyyət orqanlarını eşitmirlər. "Biz sərbəst idarələrik, rayona tabe deyilik" deyirlər və istədikləri kimi hərəkət edirlər. Bu, yolverolməzdir, biz hamımız dövlətə və xalqa xidmət etməliyik. Hesab edirəm ki, bu sahədə süründürməçiliyə son qoyulmalıdır.Bir məsələnin mərhələli həlli işə xeyir vermir. Söhbət rayonlarınnı özünümaliyyələşdirməsindən, büdcəyə qənaətdən, qeyri-neft sektorunun, kənd təsərrüfatı va sahibkarlığın inkişafından gedirsə, yerli hakimiyyət orqanları ilə əlbir işləmək, ərazidə işlərə nəzarət üçün imkanlar yaradılmalıdır". T.Rzayev qeyd edib ki, dövlət büdcəsi hər bir vətəndaşın, o cümlədən vəzifəli şəxsin dövlətə və öz işinə münasibətinni göstəricisidir: "Bu həm də dövlət rəhbərinin göstərdiyi qayğı və etimada münasibətin ifadəsidir. Hər bir kəs bi qayğı və etimadı qiymətləndirməyə və onu doğrultmağa borcludur".
Alim