Putinin mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib

Rusiya prezidenti Vladimir Putinin dekabrın 22-nə planlaşdırılan böyük mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib.

Rusiya prezidenti Vladimir Putinin dekabrın 22-nə planlaşdırılan böyük mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Akkreditasiya artıq bitib, 1350-dən çox jurnalist akkreditasiya olunub. Hazırda müraciətlər müvafiq xidmətlər tərəfindən işlənilir. Mətbuat konfransına akkreditə olunan jurnalistlərin siyahısı Kremlin saytında dərc olunacaq", - deyə D. Peskov qeyd edib. Kremlin sözçüsü Putinin mətbuat konfransına hazırlığın davam etdiyini də vurğulayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31