Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Tərtər rayon “Cümə” məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, rayon gəncləri, icma üzvləri və dindarlar iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Tərtər rayon "Cümə" məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, rayon gəncləri, icma üzvləri və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov açaraq maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə

Nəcəfov məruzəsində radikal dini cərəyanlardan, onların təbliğat metodlarından, fəaliyyətlərindən və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından danışıb. Məruzə ətrafında Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi İbrahimov da çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31