Gündəm

Sahib Alıyev: “Elələri var ki, bu təyinatın nə demək olduğunu anlayacaq səviyyədə deyillər”

22 Fevral 2017 11:24

“Həm cəmiyyətdə, həm mediada, həm də sosial şəbəkədə əksəriyyət hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini alqışlayır, bunun dövlət idarəçiliyində öz müsbət təsirini göstərəcəyi fikrindədirlər. Elələri də var ki, bu təyinatın nə demək olduğunu anlayacaq səviyyədə deyillər. Çünki qərəzli olduqları qədər primitiv və primitiv olduqları qədər də qərəzlidirlər”.

İstanbulda “Uşaqların Gözü ilə Xocalı” sərgisi başlandı- FOTO

22 Fevral 2017 11:22

Fevralın 22-də İstanbulda Hərbi Dəniz Müzeyində Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən " Uşaqların Gözü ilə Xocalı " rəsm sərgisi açılıb.

Səmimi duyğuların tərənnümü

22 Fevral 2017 10:35

Xocalı faciəsinin qurbanları Braziliyada anıldı

22 Fevral 2017 06:57

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi tərəfindən Səfirliyin binasında, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu faciəvi hadisəyə  həsr olunmuş fotosərgi təşkil edilib.  Səfirlikdən "Olaylar" - a bildirilir ki, tədbir çərçivəsində həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən Parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyyəti iştirak edib. Qonaqlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra Səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirildi və portuqal dilində tərtib edilmiş bukletlər paylanıldı.

Kütlənin davranışını müəyyənləşdirən proqram hazırlanıb

21 Fevral 2017 20:10

Beynəlxalq alimlər qrupu fövqəladə hallar daxil olmaqla kütlənin davranışını proqnozlaşdıran  “PULSE” adlı proqram yaradıb.

Otaq daxilində qurğuların enerji ilə simsiz doldurulması üsulu yaradılıb

21 Fevral 2017 20:00

“Disney Research” laboratoriyasında alimlər qrupu tərəfindən otaq daxilində elektron qurğuların şarjının doldurulmasını təmin edən enerjinin simsiz ötürülməsi sistemi hazırlanıb. Bu metod "kvazistatik rezonans boşluq" (“QSCR”) adlandırılıb.

“WhatsApp” messencerində “Status” opsiyası istifadəyə verilib

21 Fevral 2017 19:53

“Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində istifadəyə verilmiş “Status” opsiyası avtomatik silinən şəkil və videolar dərc etməyə imkan verir. Bu funksiya “Instagram Stories”, “Snapchat”da olduğu kimi işləyir.

“Samsung” şirkətinin reputasiyası son dərəcə aşağı düşüb

21 Fevral 2017 19:47

Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında “The Harris Poll” nəşri tərəfindən tərtib edilmiş korporativ brendlərin nüfuz reytinqində “Samsung” korporasiyası 40  pillə aşağı yuvarlanıb.

“Apple” sifətin tanınması texnologiyası üzrə istehsalçını satın alıb

21 Fevral 2017 19:42

“Apple” korporasiyası süni intellektdən istifadə nəticəsində sifətin tanınması texnologiyalarının hazırlanması üzrə ixtisaslaşmış “RealFace” startapını satın alıb. Gözləntilərə görə, firmanın bu ideyaları növbəti nəsil “iPhone” smartfonunda tətbiq ediləcək.