“WhatsApp” messencerində “Status” opsiyası istifadəyə verilib
“Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində istifadəyə verilmiş “Status” opsiyası avtomatik silinən şəkil və videolar dərc etməyə imkan verir. Bu funksiya “Instagram Stories”, “Snapchat”da olduğu kimi işləyir.
21 Fevral 2017 19:53 Dünya"Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində istifadəyə verilmiş "Status" opsiyası avtomatik silinən şəkil və videolar dərc etməyə imkan verir. Bu funksiya "Instagram Stories", "Snapchat"da olduğu kimi işləyir.
Messencerin yeni opsiyası kontakt siyahısındakı istifadəçi adlarının alt hissəsində göstərilən statusları əvəz edəcək. "WhatsApp" messencerində şəkil və çarxlar dərc edildikdən 24 saat sonra lentdən silinəcək. "Status"un digər analoji layihələrdən əsas özəlliyi dərc edilən mesajların şifrlənməsidir. İstifadəçilər "Status"dakı mesajların kontakt siyahısında şəxslərdən kimə görsənib-görsənməməsini təyin edə bilərlər. Şirkətin direktoru Yan Koumun sözlərinə görə, yeniliyin əsas məqsədi odur ki, kontakt siyahısındakı dostlar istifadəçilərin həyatında baş verənlərdən tez bir şəkildə xəbərdar olacaq. Yeni opsiya tədricən "iOS", "Android" və "Windows Phone" sistemləri üçün əlçatan olacaq. "WhatsApp" messencerinin aylıq auditoriyası təxminən 1,2 milyard istifadəçi təşkil edir. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən xəbər verib.