Sahib Alıyev: “Elələri var ki, bu təyinatın nə demək olduğunu anlayacaq səviyyədə deyillər”
“Həm cəmiyyətdə, həm mediada, həm də sosial şəbəkədə əksəriyyət hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini alqışlayır, bunun dövlət idarəçiliyində öz müsbət təsirini göstərəcəyi fikrindədirlər. Elələri də var ki, bu təyinatın nə demək olduğunu anlayacaq səviyyədə deyillər. Çünki qərəzli olduqları qədər primitiv və primitiv olduqları qədər də qərəzlidirlər”.
22 Fevral 2017 11:24 Sosial"Həm cəmiyyətdə, həm mediada, həm də sosial şəbəkədə əksəriyyət hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini alqışlayır, bunun dövlət idarəçiliyində öz müsbət təsirini göstərəcəyi fikrindədirlər. Elələri də var ki, bu təyinatın nə demək olduğunu anlayacaq səviyyədə deyillər. Çünki qərəzli olduqları qədər primitiv və primitiv olduqları qədər də qərəzlidirlər". "OLAYLAR"-ın xəbərinə gör, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, bu təyinat əslində vəzifə verilməsi deyil: "Hörmətli Mehriban Əliyevanın birinci xanım kimi bir vəzifəsi vardır və onun öhdəsindən necə ləyaqətlə gəldiyini biz hamımız görürük. Birinci vitse-prezidentlik isə Mehiban xanım üçün vəzifə yox, tapşırıq və yükdür. Detallara varmadan sadəcə onu deyim ki, bu qarışıq dünyada ölkəmizdəki əmin-amanlığın daha da dayanıqlı olması, Azərbaycanın öz yoluyla bundan sonra da əminliklə irəliləməsinin təmin edilməsi üçün verilən tapşırıq və çəkilməsi gərəkən yük". Millət vəkili deyib ki, Cənab Prezident belə bir addım atmaqla, yəni öz sevimli Xanımına Birinci Vitse-prezidentlik kimi şərəfli olduğu qədər də çətin, böyük sorumluluq, enerj və vaxt tələb edən bir iş tapşırmaqla növbəti dəfə bu xalqın və dövlətin yolunda hər cür fədakarlığa getməyə hazır olduğunu ortaya qoydu.