Xocalı faciəsinin qurbanları Braziliyada anıldı

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi tərəfindən Səfirliyin binasında, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu faciəvi hadisəyə  həsr olunmuş fotosərgi təşkil edilib.  Səfirlikdən "Olaylar" - a bildirilir ki, tədbir çərçivəsində həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən Parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyyəti iştirak edib. Qonaqlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra Səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirildi və portuqal dilində tərtib edilmiş bukletlər paylanıldı.

Tədbiri giriş nitqi ilə açan səfir Elxan Poluxov Xocalı faciəsi, Xocalıya Ədalət beynəlxalq kampaniyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verdi. O, Leyla xanım Əliyeva tərəfindən 2008-ci ildə başlanan bu kampaniyanın bütün dünyada böyük uğurla həyata keçirildiyini bildirdi. Səfir xanım Leyla Əliyevanın təşəbbüsü nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını və tanınmaqda davam etidiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra səfir dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə eyni zamanda, dünyada belə dəhşətli hadisələrin təkrar edilməsinə yol verilməməsinə çağırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31