İstanbulda “Uşaqların Gözü ilə Xocalı” sərgisi başlandı- FOTO

Fevralın 22-də İstanbulda Hərbi Dəniz Müzeyində Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən " Uşaqların Gözü ilə Xocalı " rəsm sərgisi açılıb.

Fevralın 22-də İstanbulda Hərbi Dəniz Müzeyində Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən " Uşaqların Gözü ilə Xocalı " rəsm sərgisi açılıb. Sərginin açılışında Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev, İstanbul Valisi Vasıp Şahin, 1-ci Ordu Komandanı general Musa Avsever, Şimal Dəniz Sahə Komandanı admiral Hasan Şükrü Korlu iştirak ediblər. Sərginin açılışında Baş Konsul Məsim Hacıyev və İstanbul Valisi Vasip Şahin Xocalı Soyqırımı və türklərə qarşı törədilən soyqırım cinayətləri haqqında danışıblar. Sərgi fevralın 26-na qədər davam edəcək. Xəbəri "Olaylar"ınTürkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31