Gündəm

İstanbulda 35 İŞİD-çi saxlanıldı

22 Fevral 2017 12:16

İstanbul şəhər Polis İdarəsi İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 35 İŞİD-çi saxlanılıb. Yoxlama aparılan 41 ünvanda terror təşkilatına məxsus sənədlər və elektron vasitələr ələ keçirilib. Əməliyyat davam edir.

"Mehriban Əliyeva birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək"

22 Fevral 2017 12:13

"Mehriban Əliyeva birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov Mehriban xanım Əliyevanın Azərbaycan xalqı üçün çox böyük işlər gördüyünü qeyd edib: "Ötən gün Təhlükəsizlik Şurasının iclasında cənab prezident İlham Əliyev də bu işlərin bir qismi haqqında öz fikirlərini söylədi.

Ramil Usubov oğlunu rəis təyin etdi

22 Fevral 2017 12:11

Daxili işlər nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.

Novruz Məmmədov: "Assosiasiya sazişi təklif edən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı"

22 Fevral 2017 12:08

"200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb".

Hərbi prokuror: "Xocalı soyqırımı ilə bağlı cinayət işi dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb"

22 Fevral 2017 12:04

"Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb". Bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: "2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”. 

Millət vəkili: “Xocalı soyqırımını törədənlər öz cəzalarını alacaqlar”

22 Fevral 2017 12:01

“Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, 20-ci əsrdə bütün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciəli hadisədir. Bu, bütün bəşəriyyətə olan qəsddir və erməni vandalizminin, erməni vəhşiliyinin açıq-aydın göstəricisidir”. Bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, Xocalı soyqırımının baş verməsi bir daha Azərbaycanın nə qədər qəddar insanlarla qonşu olduğunu, qəddar düşmənlə üz -üzə gəldiyini bir daha sübut etdi: “Xocalı hadisəsi Azərbaycanın müstəqilliyini yeni ələ etdiyi bir dövrdə, ölkə daxili sabitliyin bərqərar olmadığı vaxtda Rusiyanın 366-cı alayının dəstəyi ilə erməni quldurlarının silahsız və müdafiəsiz mükli əhaliyə qarşı törətdiyi soyqırımı aktıdır.

Bollivud Tuba Büyüküstünü istəyir?

22 Fevral 2017 11:55

67-ci Berlin Film Festivalında hindistanlı film istehsalçıları Tuba Büyüküstünlə maraqlanıblar. Onlar aktrisanın həyat yoldaşı Onur Saylakla birgə çəkildiyi "Rüzgarın hatıraları" filminin nümayiş hüququnu alıblar. 

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

22 Fevral 2017 11:52

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir. Hökumətlə yanaşı, ölkə müxalifətində də fikir ayrılıqları yaranıb. "İrs" partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyanın istefası cəmiyyətdə ciddi rezonans yaradıb.

Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatdı

22 Fevral 2017 11:47

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da reytinqi son 14 ildə maksimuma çatıb.  "The Hill" "Gallup" İnstitutunun apardığı tədqiqatlara əsasən yazır ki, sorğuda iştirak edənlərin 21%-i Rusiya prezidentinin fəaliyyətini bəyənir. 

Sarkisyanın azərbaycanlılar barədə etirafı

22 Fevral 2017 11:45

Ermənistan prezidenti Serj Sarkisyanın silahlı qüvvələrin rəhbər heyəti ilə görüşdə azərbaycanlılar barədə etdiyi bir etiraf erməni mətbuatında ciddi müzakirə olunur.  "ArmenianReport"da dərc olunmuş məqalədə bildirilir ki, son 25 ildə ilk dəfə Ermənistan prezidenti etiraf edib ki, ölkəsinin problemləri azərbaycanlılarla bağlı deyil: "Bizim daxili problemləri türklər və azərbaycanlılar yaratmır. Bizim ölkənin idarə edilməsindəki qüsurların onlarla heç bir əlaqəsi yoxdur və səbəbkar onlar deyillər".

"Ermənistan Rusiyadan yeni silahlar alacaq"

22 Fevral 2017 11:37

"Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək". Bunu "RİA Novosti"yə müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib. Onun sözlərinə görə, son illər Rusiyanın hərbi-texniki potensialında artım dinamikası bu ölkə ilə əməkdaşlığı artırmağa sövq edir. "Bir sıra məsələlər üzrə müqavilələr vaxtından əvvəl reallaşdırılır və bu sevindirici haldır. Biz Rusiya ilə silah alışı ilə bağlı dialoqu davam etdirəcəyik. KTMT çərçivəsində bizim silahları Rusiya ordusunun daxili qiymətlər ilə aldığımız və güzəştli kreditlərin olması nəzərə alınsa, təbii ki, belə əməkdaşlığın potensialı artır. Biz bunda maraqlıyıq", - deyə erməni nazir vurğulayıb.  Azvision.az

Novruz Məmmədov: "Mehriban Əliyeva uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür"

22 Fevral 2017 11:36

"Mehriban xanım uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb".

Tahir Mirkişili: “Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi fəaliyyəti Azərbaycan xalqının firavan yaşamasına xidmət edəcək”

22 Fevral 2017 11:28

“Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi fəaliyyəti ölkəmizin daha da güclənməsinə, inkişafına və xalqın firavan yaşamasına xidmət edəcək”. Belə bir açıqlama ilə çıxış edən millət vəkili Tahir Mirkişili “OLAYLAR”-a bildirib ki, Azərbaycan Konstitutsiyasına görə birinci vitse-prezident dövlət idarəçiliyində və ölkənin inkişafında mühüm rola malikdir:

17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib

22 Fevral 2017 11:26

Daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, həmin məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir. Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib.

Atəşkəs rejimi 42 dəfə pozulub

22 Fevral 2017 11:25

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.