Gündəm
Ekspert: “Valyuta bazarının araşdırılnasına ehtiyac var”
“Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən gözlənildiyi kimi dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin başlaması səbəblərini araşdırmasına ehtiyac var”.
Hərbi prokuror: “Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”
"Ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur”. Bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş “referendum”a münasibət bildirərkən deyib.
Nazir: “Xocalı soyqırımı etnik təmizləmə siyasətinin bariz nümunəsidir”
“Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir”.
Hərbi Prokurorluq: Xocalı soyqırımında 366-cı alayın 18 zabit və gizirinin iştirakı tam sübuta yetirilib
“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib.
Özbəkistandan olan alim dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb
Daşkənddəki Beynəlxalq Vestminister Universitetinin iqtisadiyyat müəllimi Rauf Salaxujaev dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb.
Özbəkistanda “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.
İordaniya "Bakı 2017"də geniş heyətlə iştirak edəcək
İordaniya Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 70 idmançı ilə təmsil olunacağını açıqlayıb.
Ölümdən sonra həyat var - ELM SÜBUT ETDİ
Britaniyalı alimlər ölümdən sonra həyatın mövcudluğunu sübut ediblər. Bu iddianı isbat edən tədqiqat iki ildən çox davam edib. Eksperimentdə 2 min nəfər iştirak edib. Onların hamısı daha öncə kliniki ölüm keçiriblər. Alimlər ürək dayanandan sonra beynin hələ 30 saniyə işlədiyini müəyyən ediblər. Bu saniyələr ərzində insanın beynində xatirələr canlanır.
Fikrət Sadıqov: “Yeni təkliflər olsa, görüşün müsbət nəticələri ola bilər”
“Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada baş tutacaq görüşünü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tendensiya hesab etmək olar. Çünki erməni tərəfi artıq bir müddət idi ki, müxtəlif bəhanələr gətirərək görüşlərdən yayınır, danışıqlara gəlmək istəmirdi”. Bunu politoloq Fikrət Sadıqov deyib.
"Çudo Peçka" tamamilə çökür - Maaşları kim verəcək?
Bir zaman qənnadı məhsulları və fast-fud üzrə Azərbaycandakı ən geniş şəbəkə olan "Çudo Peçka" mağazalarının artıq cəmi bir filialı - Ağa Nemətulla küçəsindəki - fəaliyyət göstərir.
BMT baş katibi: “Dağlıq Qarabağdla bağlı "dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır”
BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. Bu barədə BMT baş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir.
Azərbaycan kiçik müsəlman dövləti olsa da, böyük işlər görür
”Azərbaycan böyük geosiyasi rəqabətin, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir”. Bu sözləri “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Beynəlxalq konfransda Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği açıqlanıb
Bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində dəymiş ziyanın hesablandığını bildirib.
Məktəblilərin radikal dini təsirlərdən qorunmasının yolları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay rayon Müskürlü kənd tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Kəlbəcərlilər Mehriban Əliyevadan nə yazdılar
Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, inkişaf, tərəqqi yolunda inamla irəliləməsini təmin etmək, Azərbaycan dövlətini beynəlxalq aləmdə daha da yüksəltmək üçün Sizin ölkə Prezidenti tərəfindən Birinci vitse-prezident təyin edilməyiniz qədirbilən xalqımızı, xüsusən də biz kəlbəcərliləri ürəkdən sevindirdi. Biz Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi irsi dəstəklədiyimiz kimi, Sizin də belə bir məsuliyyətli vəzifəyə təyinatınızı dəstəkləyir və həyata keçirəcəyiniz taleyüklü işlərdə Sizə hər zaman arxa-dayaq olacağımızı bildiririk”.














